Yevgeni Priqojin “trol fabriki”nin onun tərəfindən yaradıldığını etiraf edib


“Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojin etiraf edib ki, o, uzun müddət “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyini yaradıb və idarə edib…

Poliqon.info xəbər verir ki, bu barədə rusiyalı viznesmen Almaniyanın Der Spiegel nəşrinə deyib. Priqojinin sözlərinə görə, o, Rusiya informasiya məkanını Qərbdən gələn anti-Rusiya tezislərinin bayağı aqressiv təbliğatından qorumaq üçün “trol fabriki” yaradıb.
“Mən heç vaxt İnternet Araşdırmaları Agentliyinin adi maliyyəçisi olmamışam. Mən bu agentliyi yaratmışam, uzun müddət də idarə etmişəm”, deyə Priqojin Der Spiegel-in və digər Qərb nəşrlərindən olan bir qrup jurnalistin sualına cavab olaraq bildirib.
Bundan əlavə, Yevgeni Priqojin etiraf edib ki, o, “Kiberfront Z”dən olan bloqçuların işləməsi üçün binalar onlara verib. İş adamının sözlərinə görə, o, əvvəlcə onlara “mümkün maliyyə yardımı” təklif edib: “Təəssüf ki, imtina etdilər, amma boş ofislərim olduğu üçün qərargah kimi onlara hədiyyə etməkdən məmnun oldum”, deyə Priqojin sözlərini davam etdirib.
Der Spiegel “Kiberfront Z”ni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri fəaliyyət göstərən "yeni trol ordusu" adlandırıblar. Bəzi məlumatlara görə, “Kiberfront”un üzvləri Yevgeni Priqojinin barında toplaşırlar.
ABŞ hakimiyyəti Priqojinin “trol fabriki”ni 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edib. ABŞ səlahiyyətlilərinə görə, İnternet Araşdırmaları Agentliyi saxta sosial media hesabları yaradıb, bu hesablar vasitəsilə təbliğat, dezinformasiya yayıb, həmçinin ictimai rəyi manipulyasiya etməyə çalışıb. ABŞ kəşfiyyatı hələ o vaxt Yevgeni Priqojini “trol fabriki”nin yaradıcısı və rəhbəri adlandırırdılar.
Poliqon.info

15-02-2023, 12:38 111

Digər xəbərlər

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
1 2 3 4 5 6 7 8 9 10 ... 1068