Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı keçirilib


13-cü  Beynəlxalq Musiqi Festivalının dördüncü gününün növbəti maraqlı konsert proqramı ABŞ-dan təşrif  buyuran tanınmış ifaçıların dueti ilə yadda qaldı. 

Sumqayit.tv xəbər verir ki, hazırda ABŞ-da yaşayıb fəaliyyət göstərən həmvətənimiz, respublikanın əməkdar artisti Nərgiz Əliyarova Amerikada yaşayıb-yaradadan rus mənşəli violonçel ifaçısı Sergey Antonovla birgə  kamera musiqisi axşamını təqdim etdilər.
Nərgiz Əliyarova Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (1991-ci ildən – Bakı Musiqi Akademiyasının) fortepiano ixtisası üzrə tanınmış pedaqoqlarından olan professor Elmira Səfərovanın tələbəsidir.
Repertuarında Friderik Şopen yaradıcılığına xüsusi yer ayıran N.Əliyarova bir çox sanballı beynəlxalq fortepiano müsabiqələrinin qalibi olub. 2010-cu ildə “Şopen musiqisinin təbliğinə görə” Polşa Dövlətinin Fəxri Diplomuna layiq görülüb. Uzun müddət  BMA-da fortepiano üzrə ixtisas sinfi, ansambl ixtisaslarını tədris edib.  Nərgiz Əliyarova  Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. 2017-ci ildən ABŞ-a köçən pianoçu ifaçı fəaliyyətində Azərbaycan klassik və müasir bəstəkar musiqisinin təbliğinə xüsusi yer ayırır.
Sergey Antonov  Moskva Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə Natalya Şaxovskayanın sinfini bitirib. İştirak etdiyi beynəlxalq müsabiqələrin sayı çoxdur. 2007-ci ildən etibarən  Moskva Filarmoniyasının solistidir. O, həmçinin “Ermitaj” Triosunun üzvüdür. Dirijor kimi debütü 2014-cü ildə baş tutub.
Sergey Antonovun ifaçı kimi formalaşmasında  Mstislav Rostropoviçin rolu böyükdür. Bu səbəbədən repertuarına həm Rostropoviçin ifa etdiyi və müəllifi olduğu  klassik müsiqi nümunələrini daxil edir.
   Kamera musiqi axşamının proqramında Friderik Şopenin, Dmitri Şostakoviçin və Mstislav Rostropoviçin əsərləri səsləndi. F.Şopenin fortepiano Balladasının piano-violonçel dueti üçün işləməsinin (bəstəkar Lalə Cəfərova tərəfindən işlənilmişdir) ifası xüsusi maraqla qarşılandı.


22-09-2021, 13:14 185

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101