“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib


XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib. Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə ön sözlə açaraq, xalqımızın tarixi ədaləti bərpa edib zəfər çaldığı eyni zamanda ölkəmizdə pandemiyanın hökm sürdüyü dövrdə Üzeyir Hacıbəylinin adını daşıyan festivalın keçirilməsinin önəmindən bəhs etdi.
Sumqayit.tv xəbər verir ki, mövzu çərçivəsində konfransda beş məruzə səsləndi. ABİ-nın məsul katibi, əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın  “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu” mövzusunda çıxış etdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru İmruz Əfəndiyeva  tanınmış teatrşünas  Məmməd Sadıq Əfəndiyevin fəaliyyətindən söz açaraq “M.S.Əfəndiyevin Ü.Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər” mövzusunda məruzə etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova da “Ü.Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü” məsələsi ilə bağlı fikirlərini bölüşdü.
Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərindən biri, musiqili teatr mədəniyyətimizin banilərindən olan Müslüm Maqomayevin fəaliyyətinə dair tarixi-faktoloji materiallar əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın məruzəsində açıqlandı. Konfransın son məruzəsi Bakı Musiqi Kollecinin və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Rəhilə Abbasovaya aid oldu. Üzeyir bəyin vətənpərvərlik ənənələri və humanist prinsiplərinin Əşrəf Abbasovun fəaliyyətində örnək kimi əhəmiyyətindən bəhs olundu.
Tədbirin sonunda Nizami Gəncəvi poeziyasına əsaslanan qısa müddətli musiqi proqramı təqdim edildi. Bəstəkarlar Lalə Cəfərovanın “Səbr et” qəzəl-romansı Əməkdar artist, tenor müğənni Fərid Əliyevin, Azər Dadaşovun “Sevgi qanaddır” qəzəl-romansı isə əməkdar artist, pianoçu Nərgiz Əliyeva ilə kamança ifaçısı Azər Hacıbalayevin ifasında səsləndi.


23-09-2021, 11:27 218

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101