Novxanı yolu Bakını sıxlıqdan qurtaracaq? – Yeni magistral Sumqayıt istiqamətinə də təsir edəcək

Sürətli urbanizasiya və paytaxtətrafı qəsəbələrin genişlənməsi səbəbindən Bakı şəhərində nəqliyyat sıxlığı getdikcə artır. Xüsusilə M1, M3 və digər magistrallardan gələn sürücülər alternativ yollar olmadığı üçün məcburən şəhər mərkəzinə daxil olur və bu da əsas yollarda ciddi tıxac yaradır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirir ki, bu problemi azaltmaq üçün Dövlət Proqramı çərçivəsində 3 böyük yol layihəsi həyata keçirilir. Bu layihələrdən biri Bilgəh–Novxanı–Xırdalan–M4 avtomobil yolu olacaq. Yeni yol Abşeron yarımadasının şimal-şərq hissəsini şəhər mərkəzinə daxil olmadan birbaşa magistrallara birləşdirəcək.

Bu layihə xüsusilə Sumqayıt və Xırdalan istiqamətindən gələn sürücülər üçün alternativ marşrut yaradacaq. Yol istifadəyə verildikdən sonra nəqliyyat axını “20 Yanvar” dairəsi və Bakı-Sumqayıt şosesinə daxil olmadan digər istiqamətlərə yönləndirilə biləcək.

Digər layihələrə Sabunçu–Sulutəpə dairəvi yolu və Bakı Dairəvi-1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini birləşdirən yeni bağlantı daxildir. Bu yollar tamamlandıqdan sonra şəhər mərkəzinə daxil olmadan müxtəlif istiqamətlərə hərəkət mümkün olacaq.

Qeyd edək ki, artıq Bilgəh–M4 yolunun tikintisi davam edir və magistralın 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihənin ümumi uzunluğu təxminən 29 kilometr, eni isə 6 zolaq olacaq.

Mütəxəssislərin fikrincə, bu yol istifadəyə verildikdən sonra Bakı ilə yanaşı Sumqayıt istiqamətində də nəqliyyat sıxlığı əhəmiyyətli dərəcədə azalacaq. 


23-03-2026, 19:32 62

Digər xəbərlər

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1102