“Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb


Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dostluğun sehri” IV beynəlxalq uşaq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
 

Tədbirdə Türkiyə səfiri Cahit Bağçı, Latviya səfiri Dainis Darançs, Belarus konsulu Arxipov Aleksandr İvanoviç, Çin səfirliyinin müşavir-elçisi Din Tao və attaşesi Yan Şisyue, Qətər səfirliyinin III katibi Hamad Al-Hamaidi, Misir səfirliyinin müvəqqəti işlər vəkili Doaa Şehata, Təhsil Nazirliyinin əməkdaşı Qeyrət Şirəliyev, mədəniyyət və incəsənət nümayəndələri və digər qonaqlar iştirak edib.
 
Tədbirdən əvvəl qonaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar üçün yaradılan şəraitlə tanış olub, Mərkəzin fəaliyyəti ilə bağlı onlara ətraflı məlumat verilib.
 
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Lalə Qəti qonaqları salamlayaraq müsabiqə haqqında ətraflı məlumat verib.
 
Daha sonra çıxış edən digər qonaqlar müsabiqənin əhəmiyyətini vurğulayıb, ölkələr arasında həmrəylik, əməkdaşlıq, dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadığını qeyd ediblər.
 
Sonda gənc rəssamlar diplom və medallarla təltif edilib, müsabiqəyə qatılan uşaqların qalib rəsm işlərinin sərgisi təşkil olunub. Tədbirin bədii hissəsində Mərkəzin bədii kollektivləri rəqs nömrələri ilə çıxış edib.
 
Qeyd edək ki, “İdman – sağlamlıq, dostluq, birlik” mövzusuna həsr olunan müsabiqəyə 18 ölkənin 133 məktəbi,  müəssisə və təşkilatlardan 1500-dən artıq uşaq qatılıb, ümumilikdə 1585 rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 37 iş  I, 29 iş  II, 28 iş  III və 11 iş həvəsləndirici yerlərə layiq görülüb. 
 

15-03-2022, 15:07 336

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101