Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu layihə müraciətlərini qəbul edəcək



UNESCO-nun Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fondu 16 mart-15 iyun 2022-ci il tarixlərində layihə müraciətlərini qəbul edəcək. UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə 2005-ci il Konvensiyası çərçivəsində yaradılan fond, inkişaf etməkdə olan ölkələrdə dinamik mədəniyyət sahələrinin yaradılmasına dəstək verən könüllü donor fondu hesab olunur.

Bu il fond “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” təşəbbüsünə qoşularaq, inkişaf etməkdə olan 2005-ci il Konvensiyasının üzv ölkələrində yaradıcı iqtisadiyyata güclü töhfələr verməyi hədəfləyən layihələr həyata keçiriməyə çağırır.
Dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT) və UNESCO-nun 2005-ci il Konvensiyasına üzv olan ölkələrdə qeydiyyatdan keçmiş beynəlxalq QHT-lər layihə təkliflərini təqdim edə bilərlər. 
Layihələr aşağıdakı istiqamətləri əks etdirməlidir:
- Mədəni məhsulların və xidmətlərin müxtəlifliyinin yaradılması, istehsalı, paylanması və əldə edilməsinə təsir göstərən siyasət və strategiyaların hazırlanması və ya tətbiqi;
- 2005-ci il Konvensiyasının üzv ölkələrində yerli və regional mədəni sənaye sahələrini və bazarları dəstəkləmək üçün dövlət sektorunda və vətəndaş cəmiyyəti təşkilatlarında bacarıqların gücləndirilməsi.
Bütün layihələr nəticədə dayanıqlı yaradıcı ekosisteminin yaradılmasına və BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verməlidir. 2010-cu ildən etibarən fond 129 layihə üzrə 65 inkişaf etməkdə olan ölkəyə 9.4 milyon ABŞ dolları məbləğində investisiya yatırmışdır. Bu müxtəlif təşəbbüslər, xüsusilə mədəni sahibkarlar üçün əlverişli mühit, mədəni məhsullar və xidmətlər üçün yeni bazarlara çıxış və mədəni müxtəlifliyə əlçatanlıq yaratmaqla yanaşı dayanıqlı mədəni idarəetmə sistemlərinin yaradılmasına köməklik göstərmişdir.
Sayca 13-cü olan layihə qəbulu çağırışına son müraciət tarixi: 15 iyun 2022-ci il.
Daha öncə təqdim olunan layihələrlə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://en.unesco.org/creativity/ifcd/projects
Ətraflı məlumat əldə etmək üçün:
UNESCO-nun 2005-ci il Konvensiyası üzrə Katiblik
[email protected]

30-03-2022, 12:41 363

Digər xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

Sumqayıtda uşaq meydançaları ilə bağlı qaldırılan məsələ həllini tapdı

Sumqayıtda bədbəxt hadisə ölümə səbəb oldu

Tramp dünyanın sevdiyi o qadını niyə yalvardıb? – Gərginliyin pərdəarxası

Sumqayıtda 50 yaşlı kişinin meyiti mənzildə aşkarlanıb-

Sumqayıt şagirdləri ölkənin ən yüksək nəticə göstərənləri sırasında yer aldı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, xəsarət alanlar var

Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi – Dünya çempionu 21 ildən sonra antirekord yaşadı

Sumqayıt liseylərinə və gimnaziyaya qəbul olmaq istəyənlər üçün vacib xəbər

Dünya Seriyasının Sumqayıt mərhələsinə start verilir

Abşeronda azyaşlının ölümü ilə nəticələnən qəza

Çimərliyə gedənlərin diqqətinə: Sabah külək güclənəcək

Sumqayıtda sabah təkrar imtahan keçiriləcək

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 16:12
Bu gün, 16:06
Bu gün, 10:47
Bu gün, 10:23
Bu gün, 10:21
Bu gün, 10:17
Bu gün, 10:15
Bu gün, 09:45
Bu gün, 08:55
Bu gün, 08:50
Dünən, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
1 2 3 4 5 6 7 8 9 10 ... 1066