Bərdə Peşə Liseyinin açılışı olub


Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib. Ölkə başçısı Bərdə Peşə Liseyində yaradılmış şəraitlə yaxından tanış olub.  
 
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məlumat verilib ki, peşə liseyində aparılan yenidənqurma işləri nəticəsində beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmuş 4 mərtəbəli tədris binası, 2 ədəd hər biri 192 yerlik yataqxana, 3 mərtəbəli emalatxana və laboratoriya korpusu, texnikaların saxlanması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikintisi həyata keçirilib. 
 
Bildirilib ki, 2021-2022-ci tədris ilindən başlayaraq ilk dəfə olaraq yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparan 6 peşə təhsil müəssisəsindən biri də Bərdə Peşə Liseyidir. Ümumilikdə 4 regionda həyata keçirilən sözügedən təhsil səviyyəsinə qəbul Bərdə Peşə Liseyində nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), binaların tikintisi və istismarı, sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı, sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı, baytarlıq və heyvandarlıq işi, həmçinin mühasibat uçotu ixtisasları üzrə aparılıb. Yeni tədris ilindən başlayaraq tədris yenilənmiş kurikulumlar əsasında həyata keçirilir. Tələbələrin liseydə ödənişsiz əsaslarla təhsil alaraq dövlət təqaüdü almaq imkanları var.             
 
Heyvandarlıq, bitkiçilik, aqroservis və avtomobil təmiri istiqaməti üzrə ixtisaslaşan Bərdə Peşə Liseyinə yeni tədris ilindən etibarən elan olunan 600 yer üzrə  533 nəfər tələbənin qəbulu həyata keçirilib. 2021-2022-ci tədris ilində 1150 yerlik liseydə avtomobil təmiri çilingəri, geniş-profilli traktorçu maşinist, heyvandarlıq mütəxəssisi, bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi və kompüter operatoru ixtisaslarının tədrisi aparılmaqdadır. 
 
Qeyd edək ki, ölkəmizdə peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur. Yeni istifadəyə verilən Bərdə Peşə Liseyi də bu istiqamətdə həyata keçirilən layihələrdən biridir.

4-10-2021, 11:26 199

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101