Novruz bayramında necə qidalanaq?



Novruz süfrəsinin bolluğu qidalanma problemində yol verilən müəyyən səhvləri yenidən gündəmə gətirir. Bu səhvlərin fəsadlara yol açmaması üçün isə bəzi tövsiyələri yadda saxlamaq lazımdır.

İlk növbədə qidalanmanın optimal rejiminə əməl edilməklə, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbulu məsləhət görülür. Həddindən artıq yemək, eyni zamanda qeyri-sağlam qidalanma mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması ilə nəticələnə bilər.
Yeməklər, o cümlədən zülal, yağ, karbohidrat və lif tərkibli qida qəbulu balanslaşdırılmalıdır.
Bişmiş qidaların həzmini sürətləndirən, lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edən təzə tərəvəz salatlarına üstünlük verilməlidir.
Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakı da tövsiyə olunmur. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır.          
Zəif həzm olunan karbohidratlarla zəngin qidaların (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və s.) ayrıca istehlakı vacibdir. Yaxşı olar ki, bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilsin.
Xörəklərin ardınca isə yüksək kalorili şirniyyatların yeyilməsi orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Novruzun əsas süfrə atributları sayılan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki karbohidrat, yağ və şəkərə görə yüksək kaloriyə malikdir. Bu şirniyyatlarla bərabər təzə meyvə və çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artıraraq, piylənmə ilə nəticələnir.
Bayram süfrəsində mayonezin qatıqdan hazırlanmış sous, xama, kefirlə əvəz olunması da tövsiyə edilir. Ev şəraitində hazırlanmış mayonezdən də istifadə etmək olar. Mayonezli məhsulların keyfiyyətinə təsir göstərən əsas amil isə onların düzgün şəraitdə saxlanmasıdır.
Mayenin düzgün qəbulu da sağlam qidalanmanın vacib şərtlərindəndir. Suyun mütəmadi qəbulu lazım olduğundan artıq yeməyin qarşısını alır. Amma yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət deyil. Qida istehlakından 30 dəqiqə əvvəl ilıq suyun qəbulu orqanizm üçün faydalıdır. Həmçinin beynimiz doyma siqnalını 20 dəqiqə ərzində aldığı üçün qidalanmada vacib amillərdən biri məhz asta-asta yeməkdir.
Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin mütəxəssisləri Aynur Həsənova və Xədicə Doldolova tərəfindən hazırlanıb.

18-03-2022, 17:46 184

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101