İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, gün ərzində FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Xaçmaz rayonunun İstisu qəsəbəsində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.