Cəlilabadda yağışlar kartof sahələrinə ciddi ziyan vurub - FOTOLAR



Cəlilabadda istixana şəraitində yetişdirilən kartof sahələrinin 40 faizinə ziyan dəyib. 

“Report”un Aran bürosunun məlumatına görə, rayonda aramsız yağışlar əkin, xüsusən kartof sahələrinə ciddi ziyan vurub. Cəlilabad ərazisindən keçən Mişarçayın daşması səbəbindən Muğan, Maşlıq və köhnə Ələt-Astara magistral yolunun kənarlarında becərilmiş əkin sahələri su altında qalıb.
Fermerlər deyirlər ki, böyük əziyyətlə, istixana şəraitində becərdikləri kartof sahələrini su basıb.
Təsərrüfat işlərinə kifayət qədər vəsait xərcləndiyini bildirən sakinlərin sözlərinə görə, selin əkin sahələrinə ciddi ziyan vurması səbəbindən məhsuldarlıq xeyli aşağı düşüb.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov bildirib ki, həmin kəndlərdə istixana şəraitində becərilən kartoflar əsasən fərdi təsərrüfatlarda əkilir. Kifayət qədər vəsait tələb edən bu əkin növünün becərilməsində məqsəd məhsulu açıq sahələrə nisbətən satışa daha tez çıxarmaqdır. Amma indi sahələrin sel suları altında qalması məhsuldarlığın təxminən 50 faiz aşağı düşməsilə yanaşı, satışını da xeyli ləngidəcək.
Qeyd edək ki, Cəlilabad rayonunda 4 000 hektara yaxın sahədə kartof əkilir. Onun 1 000 hektarı istixanalarda becərilir. Hesablamalara görə, əkin sahələrinin təxminən yarısına ciddi ziyan dəyib.












25-03-2022, 10:05 188

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101