KOICA və Təhsil Nazilriyi akt imzalayıb


Martın 29-da “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində planşetlərin təqdim olunması ilə bağlı təhvil-təslim aktının imzalanması mərasimi keçirilib. 
 
Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Eun Yong və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ölkə üzrə direktoru Moon Jong Hyun iştirak edib. 
 
Tədbirdə çıxış edən nazir müavini Muxtar Məmmədov Azərbaycan və Koreya arasında təhsil sahəsində əməkdaşlığın dinamik inkişafını vurğulayaraq Bakı Mühəndislik Universiteti ilə Koreyanın INHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramının həyata keçirildiyini xüsusi qeyd edib. Nazir müavini Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında verdiyi töhfəni yüksək qiymətləndirib.
 
Daha sonra fövqəladə və səlahiyyətli səfiri Lee Eun Yong çıxış edərək Koreya Respublikasının təhsil sahəsində ölkəmizlə mövcud əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.
 
Tədbirin sonunda “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin qurulması” qrant layihəsi çərçivəsində ölkənin ümumi təhsil müəssisələrinə paylanılması nəzərdə tutulan 875 ədəd planşetin təqdim olunması üçün təhvil-təslim aktı imzalanıb.

29-03-2022, 16:30 273

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101