“Bayraktar”lar yenə havada - Naxçıvanda təlimlər başlayıb- VİDEO



“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən, komanda-qərargah təlimi keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb.  
Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Çətin keçiləbilən dağlıq ərazilərdə aşkar edilən şərti düşmənin terror qruplaşmaları xüsusi həmlə qruplarımız tərəfindən dronların və pilotsuz uçuş aparatlarının dəstəyi ilə məhv edilib və hakim yüksəkliklər ələ keçirilib. Təlimdə “Bayraktar TB2” pilotsuz uçuş aparatından da istifadə olunub.
Tank təhlükəli istiqamətlərdə açılma hədlərini tutan tank əleyhinə bölmələrimiz tərəfindən düzünə və yarımdüzünə tuşlama ilə şərti düşmənin zirehli texnikaları məhv edilib.
Aviasiya ilə qarşılıqlı əlaqə suallarının işlənildiyi təlimdə hava hücumundan müdafiə bölmələri şərti düşmənin hava hücum vasitələri və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətləri icra ediblər.
Qərargahlar üçün əməliyyat şəraitinin daha da mürəkkəbləşdirilməsi məqsədilə əlavə qüvvələrin cəlb edildiyi komanda-qərargah təlimi davam edir.


1-04-2022, 16:57 150

Digər xəbərlər

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb - VİDEO

Sumqayıtın böyük bir ərazisində su kəsintisi olacaq – RƏSMİ

Avro ucuzlaşdı, dollar sabit qaldı – Sumqayıt əhalisinin diqqətinə - RƏSMİ

Saray-Sumqayıt marşrutunda avtobus skandalı – “Karsan”lar xətdən çıxarıldı: Daşıyıcı şirkətdən AÇIQLAMA

Sumqayıtda U-17 üzrə regional cüdo birinciliyi başa çatdı – Medalçılar açıqlandı

Saleh Səmədovun rəis oğlu da işdən çıxarıldı

Pekindən Avropaya iqtisadi zərbə: Brüssel panikada

"Sumqayıt" Azərbaycan Kubokunda II təsnifat mərhələsinə hazırlaşır

Türkiyədə yenə zəlzələ oldu - SON DƏQİQƏ

İqtisadiyyat naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Sumqayıtda ərini döydürməkdə ittiham olunan qadın DANIŞDI

Real Madrid – Barcelona oyunu

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB

1 2 3 4 5 6 7 8 9 10 ... 975
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
26-10-2025, 15:45
26-10-2025, 15:40
26-10-2025, 15:33
26-10-2025, 15:17
26-10-2025, 13:44
26-10-2025, 13:20
26-10-2025, 13:15
26-10-2025, 13:03
25-10-2025, 21:43
25-10-2025, 21:39
25-10-2025, 21:34
25-10-2025, 21:24
25-10-2025, 20:25
25-10-2025, 20:15
1 2 3 4 5 6 7 8 9 10 ... 975