Quba avtovağzalı satışa çıxarıldı? - RƏSMİ AÇIQLAMA + FOTO



Qubanın “Yeni Avtovağzal” adlanan avtovağzalının ərazisi satışa çıxarılıb.

Bu barədə elanlar sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda göstərilib ki, təxmini ərazisi 1 hektar olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır.
Məsələ ilə bağlı “Report”un Şimal bürosuna açıqlama verən elan sahibi Həmid Mirzəyev satış haqqında elanı özü verdiyini və satışa çıxarılan əmlakın qiymətinin 600 min manat olduğunu qeyd edib.
O həmçinin əlavə edib ki, əmlakın sənədləri tam qaydasındadır:
“Hazırda həmin ərazi avtovağzal üçün icarəyə verilib, ərazi satılan kimi avtovağzal oradan köçürüləcək”.
Quba avtovağzalının direktoru Fikrət Yunusov isə açıqlamasında bildirib ki, avtovağzalın satılması ilə bağlı məsələ yoxdur və yayılan elan doğru deyil:
“Düzdür, bura qanuni icarədə olan əmlakdır. Amma, buranı heç kim heç kəsə satmır. Avtovağzal da heç bir yerə köçürülmür, öz fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, araşdırmalardan sonra Quba Avtovağzalının satılması ilə bağlı sosial şəbəkələrdə yerləşdirilmiş elan silinib.
Məlumat üçün bildirək ki, 2011-ci ildə istifadəyə verilmiş Quba Avtovağzalı Kompleksinin ərazisinin ümumi sahəsi 12 380 kvadratmetrdir. Kompleksin iki mərtəbəli inzibati binasının ərazisi isə 700 kvadratmetrdən çoxdur. Binanın birinci mərtəbəsində kassa, gözləmə zalı və kafe, ikinci mərtəbədə isə konfrans zalı və digər inzibati otaqlar var. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilib.

6-04-2022, 17:21 373

Digər xəbərlər

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Xəzər dənizi Sumqayıt sahillərindən geri çəkilir – yeni ərazilər üzə çıxıb - VİDEO

Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

Sumqayıtın 12-ci mikrorayon sakinləri yol problemindən şikayətlənirlər

Sumqayıtda 16 yaşlı yeniyetmənin faciəli ölümü ilə bağlı yeni detallar üzə çıxdı

Səbinə Salmanova: Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq gələcəyinin yol xəritəsidir

Elnarə Akimova: Kitabxanalar kitab saxlanılan yer deyil, oxucu yetişdirən mərkəzlərə çevrilməlidir

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtda 390 cüdoçu kəmər imtahanında iştirak edib - FOTO

Sumqayıt”ın yeni baş məşqçisi o olacaq

Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-Citsu seminarı keçirildi-FOTOLAR

Qızıl medala gedən yol: Sumqayıtlı şagird Vəli Əliyevlə müsahibə -FOTO

Sumqayıtda reabilitasiya mərkəzi ilə bağlı cinayət işi – məhkəmə başlayır - VİDEO

Sumqayıtda mühüm addım: 76-cı məhəllə qəbirlistanlığının yolları asfaltlanır-VİDEO

Bulvardakı güllər və qazon üçün 100 min manat xərclənəcək-VİDEO

Ən çox milyarderin yaşadığı 5 ölkə - Rəqəmlər ŞOKA SALIR - VİDEO

Haqqın.az saytında rəhbər dəyişikliyi - Yeni baş redaktor Teymur Hüseynov oldu

Sumqayıtda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum oldu-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1062
Bu gün, 13:16
Bu gün, 10:15
Bu gün, 09:25
Bu gün, 09:14
Dünən, 21:42
Dünən, 18:54
Dünən, 17:32
Dünən, 14:26
Dünən, 14:12
Dünən, 11:13
Dünən, 10:19
Dünən, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
8-06-2026, 13:04
8-06-2026, 12:03
7-06-2026, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
1 2 3 4 5 6 7 8 9 10 ... 1062