“Qeşm" Hava Yolları aviaşirkətinə məxsus təyyarə Təbrizdə təcili eniş edib.
Sumqayit.tv xəbər verir ki, Qeşmdən İstanbula uçan təyyarədə sərnişinin halı pisləşib. Onun həyatını xilas etmək üçün təyyarə Təbrizə təcili eniş edib.
Ürək çatışmazlığından əziyyət çəkən sərnişin xəstəxanaya yerləşdirilib və vəziyyəti qənaətbəxşdir. Təyyarə Təbriz aeroportunda qısa yoxlamadan sonra İstanbula yola salınıb.