Şoltsdan Putinə xəbərdarlıq: Buna ümid etmə


Rusiya Prezidenti Vladimir Putin resurslarını əsirgəmir və uzunmüddətli müharibəyə hazırlaşır, lakin o, Qərbin Ukraynaya dəstəyinin zəifləyəcəyini gözləməməlidir.
Sumqayit.tv
xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ZDF telekanalının efirində bildirib.
Şolts Ukraynaya "Leopard" tanklarının verilməsi qərarını Putinə çox aydın siqnal adlandırıb.
“Bu, Putinə çox aydın mesajdır ki, onun imperialist müharibəsi uğurlu olmayacaq, çünki biz Ukraynanı birlikdə dəstəkləyəcəyik, bölünməyə imkan verməyəcəyik və eyni zamanda, müharibənin tərəfi olmamaq üçün həmişə diqqətli olacağıq”, - deyə o bildirib.
Şolts vurğulayıb ki, Rusiya ilə NATO arasında müharibə olmamalıdır. Odur ki, o və ABŞ Prezidenti Co Bayden Ukraynaya heç bir qırıcı təyyarənin verilməyəcəyini və ya quru qoşunlarının göndərilməyəcəyini açıq şəkildə bəyan ediblər.
"Leopard" tanklarının tədarükü ilə bağlı tərəddüdlü qərarın tənqidi ilə bağlı suala isə belə cavab verib: "Mən inanıram - və bunu çox aydın və çox qətiyyətlə deyirəm - başqa cür hərəkət etmək məsuliyyətsizlik olardı".
Kansler öz soyadından götürülən Scholzing felinə də münasibət bildirib: “Dəstək vəd et, amma sonra onu təxirə sal” kimi bir məna daşımalıdır. "Bir daha təkrar edirəm: Almaniya faktiki silah tədarükündə də öndə olan ölkədir", - deyə Şolts vurğulayıb.
Kansler "Leopard" tanklarının çox efektiv olduğunu deyərək, bununla belə qeyd edib ki, müharibənin tezliklə bitməyəcəyini güman etmək lazımdır: "Çünki Putin əsgərlərinin və texnikasının inanılmaz dərəcədə yüksək itkilərini qəbul etməyə hazırdır".
Şoltsun sözlərinə görə, Putin Ukraynaya dəstəyin azalacağına ümid edə bilməz.
Xatırladaq ki, çərşənbə günü Almaniya hökuməti “Leopard-2” əsas döyüş tanklarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi və bunu etmək istəyən digər ölkələrə təkrar ixracına icazə verilməsi barədə qərarını rəsmən elan edib.
Bundan əlavə, çərşənbə günü ABŞ Prezidenti Co Bayden Ukraynaya bir Ukrayna batalyonuna bərabər olan 31 ədəd M1 Abrams tankını təhvil vermək niyyətini təsdiqləyib. Tanklarla birlikdə ABŞ mümkün qədər tez Ukrayna hərbçiləri üçün təlim keçəcək və ehtiyat hissələri ilə təmin edəcək. /Publika.az/

26-01-2023, 15:43 147

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101