ABŞ PKK/YPG vasitəsilə qanunsuz neft alveri edir


Suriyada Fərat çayının şərqindəki neft yataqlarında işğalı davam etdirən PKK/YPG terror təşkilatı Rumeylan və Deyr əz-Zordan oğurladığı nefti müxtəlif ölkələrin şirkətlərinə satmağa çalışır.
Sumqayit.tv xəbər verir ki, PKK/YPG terror təşkilatına bağlı olan “Cəzirə” neft şirkəti oğurluq “qara qızıl”dan böyük gəlirlər əldə edir.
PKK/YPG-nin yerləşdiyi ərazilərdə neft axtarışını və hasilatını həyata keçirən bir çox şirkət də “Cəzirə”yə bağlıdır.
Suriyada neft ticarəti əvvəllər İraqda fəaliyyət göstərmiş PKK-çılar tərəfindən həyata keçirilir. Məlumata görə, PYD terror təşkilatının keçmiş liderlərindən biri Şahoz Həsən “Cəzirə” şirkətinin rəhbəridir. Şahoz Həsən Suriyadan oğurlanan neftin satışı üçün müxtəlif ölkələrin şirkətləri ilə danışıqlar aparır.
PYD-nin keçmiş liderinin Suriyadakı bir çox PYD/YPG-çılar kimi əvvəllər İraqda da fəaliyyət göstərdiyi məlum olub.
1994-cü ildə PKK-ya qoşulan və Şimali İraqda fəaliyyət göstərən Şahoz Həsən 2011-ci ildə Suriyada müharibənin başlaması ilə bu terror təşkilatının bir qolu olan PYD/YPG-də fəaliyyətə keçib.
Şahoz Həsən 2017-ci ildə PYD-nin başına gətirilib və 2020-ci ilədək bu postda qalıb. Bundan sonra Suriyada neft və təbii qaz satışını həyata keçirərək PKK/YPG üçün pul yığmağa başlayıb.
Suriya Xarici İşlər Nazirliyi də ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda ABŞ və PKK/YPG-ni Suriyanın neft və təbii qazını oğurlamaqda ittiham etmişdi.
Türkiyəli ekspertlər ABŞ-ın PKK/YPG vasitəsilə qanunsuz neft alveri edərək, uzunmüddətli perspektivdə bölgədə qalıcı olmaq üçün terror təşkilatını maliyyələşdirdiyini və silahlandırdığını deyirlər. ABŞ-ın sözügedən terror təşkilatına hərbi yardımı Türkiyə tərəfindən etirazla qarşılanır.


27-01-2023, 12:09 144

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101