NATO rəhbərindən YENİ HÜCUM ANONSU: "O, vicdanla hərəkət etməyəcək"


Şimali Atlantika Müqaviləsi Təşkilatı ( NATO ) Rusiyanın Ukraynaya qarşı yeni hücuma hazırlaşdığının əlamətlərini görür.
Sumqayit.tv xəbər verir ki, bunu təşkilatın katibi Yens Stoltenberq Seuldakı CHEY Qabaqcıl Tədqiqatlar İnstitutunda çıxış edərkən deyib.
"Prezident Putin və Moskva hakimiyyətinin sülhə hazırlaşdığına dair heç bir əlamət yoxdur. Biz bunun əksini görürük. Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar, daha çox əsgər, 200 min, bəlkə də daha çox insanı səfərbər edirlər. Onlar fəal şəkildə yeni silahlar, daha çox sursat əldə edirlər. Onlar öz istehsallarını artırır, həmçinin İran və Şimali Koreya kimi digər avtoritar dövlətlərdən daha çox silah alırlar. Və ən əsası, biz prezident Putinin bu işğalın ümumi məqsədini, yəni qonşuya nəzarət etmək, Ukraynaya nəzarəti dəyişməsinə dair heç bir əlamət görmürük, - o bildirib.
Stoltenberq vurğulayıb ki, bu gün heç kim müharibənin nə vaxt bitəcəyini deyə bilməz, lakin Rusiya prezidenti Vladimir Putin müharibəni bu gün bitirə bilər.
Baş katib həmçinin deyib ki, demokratiyaya, qaydalara əsaslanan beynəlxalq nizama inanan hər kəs üçün prezident Putinin bu müharibədə qalib gəlməməsi mütləqdir.
"Çox güman ki, bu müharibə də danışıqlar masası arxasında hansısa mərhələdə bitəcək. Bu gün hərbi dəstək sabah sülh sazişinin əldə olunmasını mümkün edir. Amma nə qədər ki, prezident Putin döyüş meydanında qalib gələcəyinə inanır, o, oturub vicdanla hərəkət etməyəcək. Beləliklə, paradoks ondan ibarətdir ki, əslində Ukraynaya hərbi dəstək müharibənin sülh yolu ilə həllinə nail olmaq üçün ən yaxşı yoldur", - NATO rəhbəri vurğulayıb. /Publika.az/

31-01-2023, 10:30 134

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101