Şok: Ermənistan bu yolla milyardlar qazanır


Ermənistan artıq bir neçə aydır dünyaya yeni hekayə yaymağa çalışır ki, guya, bu ölkə qərbyönümlüdür, Rusiya ilə problemləri var, KTMT-dən, Rusiyadan inciyib və s. Belə bir hekayə satmağa çalışmaqla dünyada yaranmış antirusiya koalisiyasından yararlanmaq istəyir. Əslində isə Paşinyan hökuməti dövründə Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığı kəskin artıb. 2022-ci ildə isə Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın istifadə etdiyi əsas ölkələrdən biri Ermənistandır.
Sumqayit.tv
xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
O deyib ki, 2021-ci ildə Rusiya-Ermənistan ticarət dövriyyəsi 2,6 milyard dollar olub:
“2021-ci ildə Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib. 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tədbiqinə başlanandan sonra Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 5 mlrd. dollara yaxın olub – yəni, bir ildə 2 dəfəyə yaxın artıb, Ermənistandan Rusiyaya ixrac 4 dəfəyə yaxın artaraq 2,5 mlrd. dollardan çox olub.
2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələri 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq 4 mlrd. dollara yaxınlaşıb.
2022-ci ilin iqtisadi, maliyyə göstəriciləri, idxal-ixrac rəqəmləri qeyri-sağlam, qeyri-təbii artım göstərib – deməli, burada sanksiyalardan yan keçmə mexanizmləri işə düşüb. 2021-də Rusiyaya cəmi 700 mln. dollarlıq mal-məhsul ixrac edən Ermənistan bir il sonra bu rəqəmi təbii yolla 4 dəfəyə yaxın artıra bilməz – əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsi ilə satırlar, ona görə də Ermənsitandan Rusiyaya, məsələn, elektrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb və ya, bahalı və yeni avtomobillərin ehtiyat hissəslərinin Ermənsitandan Rusiyaya ixracı 1200% artıb – bütün bunlar Ermənistanın Qərb sanksiyalarından yayınmasında Rusiyaya göstərdiyi qardaşlıq yardımının nəticəsidir”.

1-02-2023, 11:15 169

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101