Haaqada yüzlərlə insan Quranın cırılmasına qarşı küçələrə çıxıb.
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki, bu barədə NOS televiziyası məlumat yayıb.
“Bu gün Haaqada yüzlərlə insan Pegida təşkilatının liderinin Quranı cırmasına etiraz edib” – deyə televiziya bildirib.
Etirazçılar dinc aksiya keçiriblər, heç bir insident qeydə alınmayıb.
Nümayişçilər sülh və ədalət şəhərində - Haaqada müqəddəs kitaba hücumu qəbuledilməz adlandırıblar.