Latviyalı mütəxəssislərlə fitosanitar tədbirlərin gücləndirilməsi üçün müzakirələr aparılıb


“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında görüş keçirilib.
Sumqayit.tv xəbər verir ki, Latviyanın BIOR laboratoriyasının Kimya departamentinin müdiri Vadims Bartkeviçs və həmin departamentin mütəxəssisi İveta Puqajevaya ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan AQTİ laboratoriyalarının fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, AQTİ-nin nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyasında idxal-ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytarlıq-sanitariya və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir. Beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi qonaqların diqqətinə çatdırılıb.
Daha sonra Milli Referens Laboratoriyasına baxış keçirilib, qonaqlar buradakı iş prinsipi ilə tanış olublar. Xüsusilə də pestisidlərin (qlifosat/ditiokarbamatlar) və mikotoksinlərin təyin edilməsi üzrə analizlərin aparılması barədə geniş fikir mübadiləsi aparıblar. Həmçinin pestisidlərin və digər aqrokimyəvi maddələrin qalıq miqdarının və təhlükəli cəhətlərinin müəyyən edilməsi metodikasının daha da təkmilləşdirilməsi istiqamətində birgə əməkdaşlığın perspektivi müzakirə olunub.
Sonda “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” üzrə Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd bitki mənşəli qidaların, eləcə də yemlərin qida təhlükəsizliyi sistemində əhəmiyyətini diqqətə çatdırmaq, sanitar və fitosanitar qaydalara uyğun qanunvericiliyi daha da inkişaf etdirib təkmilləşdirmək, həmçinin beynəlxalq standartlara uyğunlaşdırmaqdan ibarətdir.


23-09-2021, 12:53 187

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101