Sahil Babayev BƏƏ-nin naziri ilə görüşdü - FOTO


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən VIII Dünya Hökumətləri Sammiti çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BƏƏ-nin insan resursları və əmirlik naziri Əbdülrəhman Əl-Avarın görüşü olub.

Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Siyasi, iqtisadi və digər sahələrdə, həmçinin bərpa olunan enerji istehsalı sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi, ticarət dövriyyəsində artımın davam etdiyi qeyd olunub.
S.Babayev ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ardıcıl addımları diqqətə çatdırıb. Nazir Azərbaycanda həyata keçirilən sosial müdafiə və aktiv məşğulluq proqramları, sosial təminat, əmək və məşğulluq sahələrində aparılan islahatlar, DOST mərkəzləri barədə məlumat verib.
O, insan resurslarının inkişaf etdirilməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işləri qeyd edib.
İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığa mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Ə.Əl-Avar iki ölkə arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu, əməkdaşlıq əlaqələrinin  əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etməsində maraqlı olduqlarını bildirib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti, islahatları barədə məlumat verib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BƏƏ-nin İnsan Resursları və Əmirlik Nazirliyinin gələcək əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. Əməkdaşlığın müqavilə-hüquq bazasının yaradılması imkanları nəzərdən keçirilib.



30-03-2022, 12:48 236

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101