“Putin bir gün deyəcək ki, Qarabağdakı sülhməramlılarıma təhlükə var və onları müdafiə etməliyəm”


“Rusiya sülhməramlıları Qarabağda yerləşdiyi gündən bizim üçün təhlükə mənbəyidir. Onların icazəsi, himayəsi və tapşırığı ilə ermənilər təxribatlar həyata keçirir”.

Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat onlara sülhməramlı demədiyini bildirib:
“2008-ci il Gürcüstan məsələləri yadınızdadır, Osetiyada Rusiya hərbçiləri sülhməramlı kimi iştirak edirdi və Gürcüstan özünün ərazi bütövlüyünə görə əməliyyat keçirmək istədi və Rusiya dedi ki, bu, bizim sülhməramlılara təhlükədir. Hücum etdi, nəticəsi də məlumdur. Həmin o məramlılar ki, mən heç vaxt onlara sülhməramlı demirəm. Rusiya hərbi kontingenti ərazimizdə yerləşib. Yəni, bunlar yerləşdiyi gündən bizim üçün təhlükə mənbəyidir.
Onların icazəsi, himayəsi və tapşırığı ilə ermənilər o təxribatları həyata keçirir. Biz ona cavab vermək istəyirik, veririk də. Belə olanda onlar sülhməramlı kimi hərəkətə keçir və hədəfdə olurlar. Belə olan tərzdə bir gün görəcəksən ki, bu gün Ukraynaya müdaxilə edən həmin Putin bir gün də deyəcək ki, mənim Azərbaycanda olan hərbi kontingentimə, sülhməramlılarıma qarşı təhlükə var və onları orada müdafiə etməliyəm. Yəni, ermənilər çox məharətlə bu məsələlərdən istifadə edə bilərlər, onlarla bizi üzbəüz qoya bilərlər və burada da çox xoşagəlməz hallar ola bilər”.
Deputat həmçinin qeyd edib ki, separatçıların ərazimizdən çıxarılması üçün tədbirlər görülməlidir:
“Fevral ayının 22-də iki dövlət arasında imzalanan bəyannaməyə əsasən, biz bir-birimizin ərazi bütövlüyümüzə və sərhədlərimizin toxunulmazlığına hörmət etməliyik və eyni zamanda bizim hər birimizin ərazimizdə hansısa bir separatçı cinayətkar, qeyri-qanuni qüvvələr meydana çıxıb bizim dövlətçiliyimizə, təhlükəsizliyimizə təhlükə yaradarsa, onun ləğv olunmasına biz birlikdə tədbir görməliyik. Cənab Prezidentimiz geosiyasi, geopolitik siyasətlə bu məsələlərdə müəyyən qabaqdangəlmişik edib. Bu gün ərazimizdə mövcud olan həmin o separatçı, terrorçuların tək bizim tərəfimizdən yox eyni zamanda bizimlə müqaviləyə imza atan dövlətin hərbçilərinin köməyi ilə onların ləğv olunması, məhv olunması və ərazimizdən çıxarılması üçün tədbirlər görülməlidir. Əgər ikinci tərəf imzasına hörmət etsə və münasibətlərdə səmimi olsa, bunu etməlidir”.

9-03-2022, 15:58 249

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064