DTX-nin saxladığı Əsədov israilli biznesmenləri öldürmək istəyib


Dövlət Təhlükəsizliyi Xidməti İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib.

Sumqayit.tv "Oxu.az"a istinadən xəbər verir ki, DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda bir məqam diqqət çəkir.
Bildirilir ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.
Bir az araşdırma aparsaq, görürük ki, bu ad bizə bir ildən çoxdur ki, tanışdır. Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir. Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur.
Həmin zaman istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı.
Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür.
Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar. Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir. 


2-11-2022, 11:15 122

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101