FHN “Xəngəland” kafesinin fəaliyyətini dayandırıb - FOTO/VİDEO


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlayıb.

FHN-dən verilən xəbərə görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, 1 noyabr 2022-ci il tarixində 90-JB-457 dövlət qeydiyyat nişanlı, “QAZel” markalı yük avtomobilindən propan qaz balonlarının sözügedən obyektə daşınması haqqında daxil olmuş əməliyyat məlumatı və sakinlərin müraciətləri əsasında operativ yanğın-texniki müayinə keçirilməsi məqsədilə qanunamüvafiq qaydada qeyd olunan obyektdə yoxlama aparılıb və yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki;
- obyektin yerləşdiyi mərtəbədə binanın ümumi istifadəsində olan, insanların təhlükəsiz təxliyəsi üçün nəzərdə tutulmuş dəhliz hissəsindən mətbəx otağına qanunsuz qaz xəttinin çəkildiyi və propan qaz balonlarının rezin boru vasitəsilə həmin xəttə birləşdirilərək yanğın təhlükəsizliyi və tikinti norma və qaydalarının tələblərinin kobud şəkildə pozulduğu;
- obyektin otaqlarında avtomatik yanğın xəbərdaredici qurğuların quraşdırılmadığı;
- insanların kütləvi toplaşdığı obyektdə ehtiyat təxliyə yolunun mövcud olmadığı;
- obyektin normaların tələblərinə uyğun sayda ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilmədiyi və elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı;
- tüstü bacalarının yağ qalıqları və digər yanar materiallardan təmizlənmədiyi;
- obyektin işçi heyətinin yanğın təhlükəsizliyi tədbirləri və yanğın zamanı davranış qaydaları haqqında təlimatlandırılmadığı aşkar olunub.
Onu da qeyd edək ki, sahibkar Sabir Əhmədova belə fəaliyyətin yanğın-partlayış hadisələrinin baş verməsinə real zəmin yaratması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və barəsində inzibati tədbirlər görülməsinə baxmayaraq, obyektdə kobud qayda pozuntularına hələ də yol verilir.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın və ya partlayış hadisəsi qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. Eyni zamanda, real təhlükə mənbəyi olan propan qaz balonlarının binadan kənarlaşdırılması təmin olunub.
Qeyd edək ki, ətrafda yaşayan vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!



4-11-2022, 14:45 344

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101