Abşeronda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar



Abşeron rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Atyalı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Mənzilin sahibi Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib. Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən Polis Bölməsinə şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqlarda şübhəli bilinən əvvəllər məhkum olunmuş Aqşin Hüseynov və Elman Əkbərzadə saxlanılıblar. Onlar ifadələrində həmin ərazidə yerləşən ümumilikdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər. Aqşin Hüseynov və Elman Əkbərzadədən oğurluq yolu ilə ələ keçirdikləri əşyaların bir qismi aşkar edilərək götürülüb.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.



4-11-2022, 17:30 158

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101