Qabonun xarici işlər naziri Mikael Musa Adamo Nazirlər Kabinetinin iclası zamanı dünyasını dəyişib.
Sumqayit.tv xəbər verir ki, hadisə ölkənin paytaxtı Librevildə yaşanıb.
Məlumata görə, nazirin ölümü infarkt nəticəsində olub. O, qəfildən özünü pis hiss edib və artıq huşsuz vəziyyətdə ikən hərbi hospitala çatdırılıb, lakin həkimlərin bütün cəhdləri müsbət nəticə verməyib.
Mənbə: mk.ru