Qəbiristanlıqda narkotik satanlar saxlanılıb



Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunub. Həmin şəxs ifadəsində narkotik vasitəni qeyd edilən qəsəbədə yaşayan Mehman adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirinin davamı olaraq Hökməlidə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehman Səfərov da tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə və yaşadığı evə baxış zamanı külli miqdarda narkotik vasitə olan satış üçün qablaşdırılan marixuana aşkar edilib. Mehman Səfərov ifadəsində bir müddətdir ki, Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Qobu Polis Bölməsinin əməkdaşlarının Hökməlidə həyata keçirdikləri digər bir tədbir zamanı qeyd edilən qəsəbə ərazisində narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Şahin Mədətov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, Şahin Mədətov narkotik maddələrin satışını Hökməli qəsəbəsində yerləşən qəbirstanlığın ərazisində həyata keçirib.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotiklərin satışını təşkil edən Mehman Səfərov və Şahin Mədətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


18-03-2022, 12:25 169

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101