Göyçayda qızıl oğurlayanlar saxlanılıb


Göyçay şəhəri ərazisində yerləşən qızıl mağazasından oğurluq edilib. Zərəçəkən Rayon Polis Şöbəsinə müraciət edərək 45 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və həmin naməlum şəxslərin ona silahla hədə-qorxu gəldiklərini bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Bəydövül kənd sakini Əfsun Səlimzadə və iki yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər mağazadan oğurluq etməyi bir neçə gün əvvəl planlaşdırıblar. Martın 26-da planlarını reallaşdırmaq məqsədilə yetkinlik yaşına çatmayanlardan biri mağazaya daxil olub. Satıcının yerində olmamasından istifadə edərək qızılları götürüb, oradan uzaqlaşmaq istəyərkən çıxışda mağazanın sahibi ilə rastlaşıb. Əvvəlcədən üzərində götürdüyü oyuncaq tapança ilə ona hədə-qorxu gəlib və qaçmağa başlayıb. Oğurladıqlarını bir qədər aralıda onu gözləyən Əfsun Səlimzadəyə verdikdən sonra iz itirmək məqsədilə ayrı-ayrı istiqamətlərdə hərəkət ediblər.
Ə.Səlimzadə isə həmkəndlisi olan digər yetkinlik yaşına çatmayan şəxsin yaşadığı ünvana gedib və qızılları şüşə qaba qoyaraq birlikdə torpağa basdırıblar. Məqsədləri bir müddət keçdikdən sonra Bakı şəhərinə getmək və oğurladıqlarını paytaxtda satdıqdan sonra əldə etdikləri pulu öz aralarında bölmək olub.
Faktla bağlı cinayət işi başlanılıb və torpağa basdırılmış qızıl-zinət əşyaları həmin yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

29-03-2022, 10:42 166

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101