29 narkotacir tutulub - VİDEO



Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan daha 29 nəfər saxlanılıb.

Nazirlikdən verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 63 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 550 ədəd psixotrop tərkibli həb, həmçinin kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 91 kiloqram olan 468 ədəd çətənə kolu aşkar edilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı rayonu Hövsan qəsəbəsində keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şakir Rəfiyev tutulub. Onun həyətindəki narkotik tərkibli bitkilər yetişdirmək üçün xüsusi olaraq su, işıq və havalandırma ilə təchiz edilmiş istixanaya baxış zaman 468 ədəd çətənə kolu və evindən satış niyyəti ilə qurutduğu 12 kiloqram marixuana aşkar olunub.
Baş İdarə əməkdaşlarının Salyan və Biləsuvar rayonlarnda həyata keçirdikləri əməliyyatlar zamanı isə paytaxt sakinləri Adət Qədirovla Elsevər Fətəliyev saxlanılıblar. Onların üzərlərinə, avtomobillərinə və xüsusi olaraq narkotik vasitələrin saxlanc yeri kimi istifadə etdikləri gizli anbarlara baxış zamanı 38 kiloqram heroin, metamfetamin, tiryək, marixuana, narkotik satşı zamanı qeydlər apardıqları dəftərlər, onlayn satış zamanı istifadə olunan plastik kartkar, pul vəsaitləri və elektron tərəzilər aşkar olunub.
Qeyd edək ki, Adət Qədirov və Elsevər Fətəliyev mütəşəkkil dəstə halında xaricdən göndərilən külli miqdarda narkotik vasitəni ölkə ərazisində qəbul ediblər. Daha sonra onlar narkotikləri müxtəlif üsullarla əvvəlcədən hazırladıqları yerlərdə gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə çalışıblar.
Paytaxtın Yasamal, Nizami, Nərimanov, Suraxanı, Sabunçu, Binəqədi rayonları, eləcə də, Abşeronda həyata keçirilən əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 10 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda plastik kartlar aşkar olunub.
Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri, həmçinin Astara, Yevlax və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı isə 12 nəfər saxlanılıb. Bu şəxslərdən 3 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və plastik kartlar aşkar olunub.
Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün tutulan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.



4-04-2022, 17:04 178

Digər xəbərlər

Sumqayıtda avtobus sürücüsü ilə taksi sürücüsü arasında gərginlik yaşanıb

SDU-da vətəndaş qəbulu keçirilib

Hər bir sakin xidmətlərə orta hesabla 500 manatdan çox xərcləyib

“Sumqayıt”ın futbolçuları milliyə çağırılıb

Uqandada yeni Ebola yoluxmaları qeydə alınıb

Sumqayıtda qanunsuz tikili sökülüb

WUF13 ÇƏRÇIVƏSINDƏ “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusu müzakirə olundu

Sumqayıtda ağırtonnajlı maşınların hərəkəti yolda çökmələr yaradır – sakinlər narahatdır - VİDEO

Paşinyan Sumqayıtla bağlı açıqlama verib

Mehdiabad qəsəbəsində qaz təchizatı dayandırılacaq

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin olunacaq

WUF 13: Azərbaycanın Mükəmməllik Modeli və Gələcəyin Şəhər Vizyonu - NƏSİMİ ƏBİLOV

Sumqayıtda ictimai nəqliyyatda nəzarət tədbirləri davam etdirilir

Bilgəh–Novxanı–Pirşağı–Sumqayıt yolu ilə bağlı yeni açıqlama verildi

Azərbaycanda yeni “yaşıl dəhlizlər” yaradılacaq – şəhərlərlə bağlı yeni yanaşma

Sumqayıt Dövlət Universiteti beynəlxalq “Urban Expo” sərgisində təmsil olunur

Sumqayıt məktəbliləri “Zəkaların mübarizəsi II” olimpiadasının finalında iştirak ediblər

Sumqayıt istiqamətində yeni yol layihəsi: Bakıdakı tıxacların azalmasına təsir edəcək

Sumqayıtda sakinlər kanalizasiya problemindən şikayətlənirlər – baxan yoxdur

Sumqayıt İcra Hakimiyyəti 45-ci məhəllədəki bina ilə bağlı açıqlama verib

1 2 3 4 5 6 7 8 9 10 ... 1056
Dünən, 21:22
Dünən, 19:42
Dünən, 17:43
Dünən, 17:36
Dünən, 17:33
Dünən, 13:03
22-05-2026, 20:36
22-05-2026, 19:18
22-05-2026, 17:26
22-05-2026, 17:21
22-05-2026, 14:19
22-05-2026, 11:08
22-05-2026, 11:01
21-05-2026, 19:04
21-05-2026, 18:54
21-05-2026, 16:58
21-05-2026, 16:52
21-05-2026, 14:23
21-05-2026, 13:30
21-05-2026, 12:02
21-05-2026, 11:22
21-05-2026, 11:19
21-05-2026, 10:48
21-05-2026, 10:37
20-05-2026, 21:51
20-05-2026, 21:00
20-05-2026, 20:41
20-05-2026, 20:00
20-05-2026, 16:52
20-05-2026, 16:42
20-05-2026, 16:03
20-05-2026, 15:28
20-05-2026, 15:25
20-05-2026, 14:43
20-05-2026, 11:14
20-05-2026, 10:48
20-05-2026, 10:42
20-05-2026, 10:38
19-05-2026, 21:14
19-05-2026, 21:13
1 2 3 4 5 6 7 8 9 10 ... 1056