Cəbrayılda PUA qaldırıldı, bir nəfər zərərsizləşdirildi - FOTO


İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxslər sərhədçilərə atəş açıblar.

Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq birgə məlumat yayıblar.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
4 aprel tarixində saat 20:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi yaxınlığındakı sərhəd zasta­vası­nın xidməti ərazisində sərhəd naryadının başçısı əsgər Həsənzadə Fərid Rəhman oğlu və naryadın üzvü əsgər Məhərrəmov Qabil Elgün oğlu tərəfindən altı nəfər silahlı naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib ediliblər və havaya xəbərdarlıq atəşi açıl­ıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.
Sərhəd naryadı yaranmış vəziyyətdə yüksək sayıqlıq və şücaət nümayiş etdirib, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşdirib. Digər beş nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Behnam Balai olması müəyyənləşdirilmiş, onun yanında AKM tipli Kalaşnikov avtomatı, üç ədəd bağlamada çəkisi 32 kiloqram 270 qram külli miqdarda narkotik vasitə aşkar olunub.
Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İİR vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Fakt üzrə cinayət işi başlanılıb, hazırda DSX və Baş Prokurorluq tərəfindən birgə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



5-04-2022, 17:19 226

Digər xəbərlər

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Xəzər dənizi Sumqayıt sahillərindən geri çəkilir – yeni ərazilər üzə çıxıb - VİDEO

Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

Sumqayıtın 12-ci mikrorayon sakinləri yol problemindən şikayətlənirlər

Sumqayıtda 16 yaşlı yeniyetmənin faciəli ölümü ilə bağlı yeni detallar üzə çıxdı

Səbinə Salmanova: Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq gələcəyinin yol xəritəsidir

Elnarə Akimova: Kitabxanalar kitab saxlanılan yer deyil, oxucu yetişdirən mərkəzlərə çevrilməlidir

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtda 390 cüdoçu kəmər imtahanında iştirak edib - FOTO

Sumqayıt”ın yeni baş məşqçisi o olacaq

Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-Citsu seminarı keçirildi-FOTOLAR

Qızıl medala gedən yol: Sumqayıtlı şagird Vəli Əliyevlə müsahibə -FOTO

Sumqayıtda reabilitasiya mərkəzi ilə bağlı cinayət işi – məhkəmə başlayır - VİDEO

Sumqayıtda mühüm addım: 76-cı məhəllə qəbirlistanlığının yolları asfaltlanır-VİDEO

Bulvardakı güllər və qazon üçün 100 min manat xərclənəcək-VİDEO

Ən çox milyarderin yaşadığı 5 ölkə - Rəqəmlər ŞOKA SALIR - VİDEO

Haqqın.az saytında rəhbər dəyişikliyi - Yeni baş redaktor Teymur Hüseynov oldu

Sumqayıtda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum oldu-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1062
Bu gün, 13:16
Bu gün, 10:15
Bu gün, 09:25
Bu gün, 09:14
Dünən, 21:42
Dünən, 18:54
Dünən, 17:32
Dünən, 14:26
Dünən, 14:12
Dünən, 11:13
Dünən, 10:19
Dünən, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
8-06-2026, 13:04
8-06-2026, 12:03
7-06-2026, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
1 2 3 4 5 6 7 8 9 10 ... 1062