Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.
Bu haqda
Sumqayit.tv-yə
Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Qoruğun ərazisində təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.