Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon Polis Şöbəsinə Böyük Tağlar kəndi ərazisindən “Hovo” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini E.Alıpaşayev, Sumqayıt şəhər sakini Z.Əsədullayev və Bakı şəhər sakini İ.Məmişov müəyyən edilərək saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.