Azərbaycan-Qətər iqtisadi əlaqələri müzakirə olunub


İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Qətərdə bir sıra görüşlər keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar, Azərbaycan-Qətər əməkdaşlığının sürətlə inkişaf etdiyi, yüksək səviyyəli səfərlərin əlaqələrin genişlənməsində önəmi vurğulanıb.
İqtisadiyyat naziri bildirib ki, ölkələrimiz arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var və bu baxımdan, birgə layihələrin və təşəbbüslərin icrası xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlığın gələcək inkişaf perspektivləri qeyd olunub.
Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Tani Azərbaycan və Qətər arasında dostluq əlaqələrini, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb, tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər iki ölkə arasında energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti Qətərə səfər çərçivəsində bu ölkənin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə müzakirələr aparıb. Bildirilib ki, ticarət əməkdaşlığı ikitərəfli əlaqələrin əsas istiqamətlərindəndir. Görüşdə Azərbaycanın qeyri-neft məhsullarının Qətər bazarlarına çıxarılması perspektivlərinin daha geniş olduğu və ticarət əlaqələrinin şaxələndirilməsinin xüsusi önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın əlverişli biznes mühiti, güclü nəqliyyat-logistika potensialı, Bakı Dəniz Ticarət Limanının, Ələt Azad İqtisadi Zonasının imkanları bu məqsədə nail olunmasında əsas stimulverici amillərdəndir.
Tərəflər iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıblar. 
Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Mansur bin Ebrahim Al Mahmud ilə görüşdə Azərbaycanın səmərəli investisiya mühiti və iqtisadi potensialı barədə məlumat verilib, ölkəmizin əlverişli coğrafi mövqeyi, mühüm nəqliyyat qovşaqlarının kəsişməsində yerləşdiyi və tranzit “hab”a çevrildiyi diqqətə çatdırılıb və  Qətər investorları bu imkanlardan yararlanmağa dəvət olunub.
Görüşdə ölkələrimizin iqtisadi əlaqələrinin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə sərmayələrin təşviqi, bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb, qarşılıqlı investisiyaların artırılmasının digər sahələrin inkişafına töhfə verəcəyi vurğulanıb.
Qətərə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkənin Ticarət və Sənaye Palatasının nümayəndələri ilə də görüşüb. Tədbirdə ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüslərindən məmnunluq ifadə olunub. Qeyd olunub ki, Qətərin Ticarət və Sənaye Palatası ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin təşkili işgüzar dialoqun inkişafına, yeni layihələrin icrasına stimul verə bilər. Qeyd olunub ki, ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur, iş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Vurğulanıb ki, Qətərdə açılan Azərbaycan Ticarət Evi, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qətər Ticarət və Sənaye Palatası arasında Birgə Biznes Şurasının yaradılması barədə Saziş imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Ali bin Abdullatif Al Mesned imzalayıblar. Sazişdə Azərbaycan və Qətər arasında iqtisadi-ticarət əlaqələrininin gücləndirilməsi məsələləri əks olunub.
“Baladna Food Industries” şirkətinin rəhbəri Ramez Al Xayyat ilə görüşdə müəssisənin fəaliyyəti barədə məlumat verilib, Azərbaycana investisiya yatırmağa maraq ifadə olunub, birgə layihələrin icrası imkanları müzakirə edilib.



31-10-2022, 16:15 195

Digər xəbərlər

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Dünən, 15:13
Dünən, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
1 2 3 4 5 6 7 8 9 10 ... 1063