Rəşad Dağlının qətl törətməsinin SƏBƏBİ və hadisənin təfərrüatı məlum olub



Meyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, istintaq orqanının Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib.
Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni şantaj edib.
Rəşad Dağlı həmin “məsələni aydınlaşdırmaq” üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi “Niva” markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvana gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb.
Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib.
İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib.
Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib.
Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib.
Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib.
Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

11-11-2022, 15:37 268

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047