Rafael Ağayev: "2004-cü ildə hətta karateni buraxıb futbola keçmək istəyirdim."


Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev onun üçün uğurlu olan 2022-ci ili dəyərləndirib.
Sumqayıt.tv xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən 5 qat dünya, 11 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı və “Karate Kombat” kəmərinin sahibi qarşıdakı planlarını da açıqlayıb.
- 2022-ci ili geridə qoyuruq. Bu il sənin üçün hansı uğurlar və yeniliklərlə yadda qaldı?
- 2022-ci il mənim üçün çox uğurlu oldu. Artıq “Karate Kombat”da çıxış edirəm. WKF növündə yalnız Avropa çempionatında mübarizə apardım və komanda ilə ikinci olduq. “Karate Kombat”da ötən il üç, ümumilikdə 4 döyüş keçirdim. Burada yeganə azərbaycanlı dünya çempionu Şahin Atamov olmuşdu. Mən də özümü sınadım. Çox çətin yoldur. Bura kontakt karate, MMA, kikboksinqdə tanınmış idmançılar cəlb olunur. Buna baxmayaraq, çıxış etdiyim 75 kq çəkidə kəmər döyüşündə ABŞ idmançısı üzərində qələbə qazandım. Hakimlərin rəyi ilə qalib gəldim. WKF və başqa versiyalarda çempionluqlarım var idi. “Karate Kombat”a keçəndə demişdim ki, kəmərə sahib olmalıyam. Belə də oldu.
- Karyeran saysız uğurlardan ibarətdir, çox zəngindir. Sənin üçün ən dəyərli 3 uğurunu sadalaya bilərsən?
- Mənim üçün bütün medallar dəyərlidir. Sumqayıt çempionatından Olimpiya Oyunlarına qədər hər mükafat qiymətlidir. Üç medalı fərqləndirməli olsam, dünya, Avropa və Olimpiya medallarını qeyd edərəm.
- Sənə Karatenin brilyantı deyirlər. Bu adın tarixçəsini bizimlə paylaşa bilərsən?
- Mənə dünya karatesinin brilyantı deyirlər. Bundan başqa, İtaliyada maestro, digər ölkələrdə Qara pantera, Karatenin Maradonası da adlandırırlar. Karatenin brilyantı adını səhv etmirəmsə, ilk dəfə WKF-in prezidenti Antonio Espinos deyib. O, dünya çempionatından sonra demişdi ki, karateyə yeni nəfəs gəlib.
- 2023-cu il üçün hədəflərin nədir? Qarşına konkret hədəflər qoymusan?
- 2023-də məqsədim odur ki, “Karate Kombat” üzrə addımlayım. Aprel və ya mayda ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam. Bu qarşılaşma hərəsi üç dəqiqə olan 5 raunddan ibarət olacaq. Həmin döyüşə hazırlaşacam. Hər hansı zədə və ya başqa problem olmasa, aprel ya mayda döyüşə qatılacam.
- Ölkədə yeni nəsil arasında karateyə maraq necədir? Səndən ilhamlanıb karateyə gələn tələbələrin varmı?
- Azərbaycanda karateyə yetərincə maraq var. Bunu bütün bölgələrdə hiss etmək mümkündür. Uşaq və yeniyetmələr böyük həvəslə bu idman növü ilə məşğul olur. Təbii ki, bu da gələcəkdə ölkəmizdə güclü karateçilərin yetişməsinə təkan verəcək. Hazırda üç tələbəm var. Düzdür, onların ilk müəllimləri var. Onları yanıma götürəndə hər zaman çalışmışam müəllimlərinin və valideynlərinin xəbəri olsun. Üç tələbəmin hər biri məşqçisinin razılığı ilə yanıma gəlib. Onlar hələ gəncdirlər. Döyüşlər və hazırlıq üzündən onlara çox diqqət göstərə bilməsəm də, əlimdən gələni edirəm.
- Hansı rəqibinlə yaddaqalan döyüşünün təkrarlanmasını istərdin?
- Luici Busa ilə yenidən döyüşmək istəyərdim. Amma onunla “Karate Kombat”da üz-üzə gələrdim. Bunu həddindən artıq istəyirəm.
- Futbola marağının olduğunu, həm də yaxşı oyunçu olduğunu bilirik. Niyə futbol yox, karate?
- Futbola böyük marağım var və oyunum da pis deyil. Sadəcə olaraq karateni seçdim. Brüs Linin filmlərinə baxaraq karateyə gəldim. 2004-cü ildə hətta karateni buraxıb futbola keçmək istəyirdim. Lakin seçimimdə yanılmamışam. Qismət bu imiş.
- Uzun illərdir Qəbələ İdman Klubunun üzvüsən. Bu, həyatında, karyeranda hansı rolu oynayıb?
- Artıq neçə illərdir ki, “Qəbələ” klubunun üzvüyəm. Özümü bu klubun bir parçası hiss edirəm. Burada çox gözəl idmançıları toplanıb. Məşqçilər və klubun bütün digər əməkdaşları barədə də eyni sözləri deyə bilərəm. Burada hər idmançıya daim diqqət və qayğı göstərilir. Nailiyyətlərin əldə olunmasında bu amilin də böyük rolu var. “Qəbələ” İdman Klubuna, xüsusilə Tale Heydərov və Fariz Nəcəfova təşəkkür etmək istəyirəm.
- İdmançı karyeranın ardından məşqçi kimi də böyük uğurlar qazanacağına inanırsanmı?
- Necə olacağını zamanla biləcəyik. Düşünürəm ki, məşqçi olmaq asan deyil. Hər güclü idmançı yaxşı məşqçi ola bilmir. Hər məşqçi də güclü idmançı olmur. İdmançı kimi istədiyim nailiyyətləri əldə etmişəm. Bundan sonra əlimdən gələni edəcəm ki, məşqçi kimi uğurlar qazanım. Bunun üçün öz üzərimdə çalışacam.
- Öyrənməyin yaşı yoxdur deyirlər. Hazırda sən həm öyrənir, həm də öyrədirsən. Hansı daha çətindir?
- Daim öz üzərində işləyən idmançıyam. Öyrətmək daha çətindir. Hər insanın öz bədən quruluşu, ağıl, xarakter, ürək sistemi var. Bu da özünü fərqli büruzə verir. Mənim üçün öyrənmək idman sahəsində ən asan işlərdən biridir. Öyrətmək isə daha çətindir.

17-01-2023, 10:42 175

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Bu gün, 17:37
Bu gün, 17:16
Bu gün, 14:43
Bu gün, 14:30
Bu gün, 14:23
Bu gün, 10:10
Bu gün, 10:05
Dünən, 15:47
Dünən, 12:56
Dünən, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047