Sumqayıtda şəhid Əliyev Sərxanın mövludu qeyd olunub-FOTOLAR


Bu gün (red-dünən) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vətən müharibəsi şəhidi Əliyev Sərxan İslam oğlunun mövlud günüdür.
Sumqayit.tv
xəbər verir ki, şəhidimizin mövlud mərasimi Şəhidlər Xiyabanında məzarını ziyarət edilərək başlayıb, Heydər Əliyev Mərkəzində mövlud tədbiri keçirilib, daha sonra isə xeyir-şər evində ehsan süfrəsi verilərək davam edib. Tədbirdə vətənimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra vətənpərvər mahnılar ifa edilib, şeirlər səsləndirilib. Məclisdə yazıçılar, şairlər, Corat qəsəbə Məscidinin axundu Hacı Sahib Məmmədov, Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdərov, 10 nömrəli, şəhidimizin təhsil aldığı 13 nömrəli məktəbin və "Təfəkkür" liseyinin müəllim və sagird kollektivi,  qohumlar və şəhid ailələri iştirak ediblər.
Xatırladaq ki, Sərxan Əliyev 16.01.1998-cu ildə Sumqayıt şəhərində anadan olub. Sərxan Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27.09.2020-ci il tarixdən başlayan Vətən müharibəsi zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhidimiz "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 
Dəyişilməyən yaşın mübarək olsun, nur üzlü Şəhidim! 

Vəsiqə DADAŞOVA































17-01-2023, 13:06 532

Digər xəbərlər

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1068