Britaniya Putinin GİZLİ PLANI haqda sensasion məlumat yaydı: “İstefa verib, bu addıma gedəcək”


Putin çevrilişin ayaq səslərini eşidir. Böyük Britaniyanın “Daily Mail” qəzeti olduqca sensasiyalı bir məlumatı öz səhifələrinə daşıyıb. Qəzetin əvvəllər Putinə çox  yaxın olmuş şəxsə istinadən verdiyi xəbərə görə Ukraynadakı davamlı uğursuzluqdan sonra nüfuzunun aşağı düşməsi nəticəsində ona qarşı artıq hazırlanmaqda olan çevrilişdən ehtiyat edən Putin bu il öz adamına yerinə gətirib, istefa verəcək. Keçmiş müttəfiqinin dediyinə görə Putin hakimiyyəti ətrafından seçdiyi şəxslərdən birinə ötürməklə Qara dəniz sahilindəki sarayına çəkiləcək və oradan ölkədə gedən proseslərə nəzarət edəcək. Bu variant Putinə daha əlverişli çıxış yolu kimi gəlir. O, Qəddafinin və Səddam Hüseynin durumuna düşməkdən yayınmaq üçün indidən variantlar üzərində iş aparır.
Amma Putinin üzərində dayandığı ssenarinin ona heç də asan başa gəlməyəcəyi məlumdur. Çünki onun ətrafındakılardan hansının Kremlin indiki sahibinə sona qədər sədaqətli qalacağı məlum deyil. Digər tərəfdən, Ukrayna ilə müharibənin nəticəsi bəlli olmadan hər hansı bir hakimiyyət dəyişikliyinin baş verəcəyi ehtimalı çox zəifdir. Putin müharibədə atəşkəsə nail olduqdan sonra kölgəyə çəkilə bilər. Amma məğlub olduqdan sonra onun rahat şəkildə istirahətə çəkilməsinə də heç kim imkan verməyəcək. Çünki müharibə nəticəsində baş verən dağıntılar və insan itkilərinin qarşısında cavab vermək lazımdır. Qərb və Ukrayna bu cavabı ondan alacaqlar ki, sonra heç bir diktator bir daha bu məsələ ilə bağlı ayağa qalxmasın. Deməli, Putin müharibəni sona yetirmək üçün danışıqları başlamalı və qarşı tərəfdən özünün təhlükəsizliyi üçün zəmanət almalıdır. Bundan sonra isə 2024-cü ildə baş verəcək seçkilərdə namizədliyini verməyərək hakimiyyəti ətrafından seçdiyi adamlardan birinə ötürərək oyundan çıxmalıdır.
“Daily Mail”in bildirdiyinə görə Putinin seçimi ona loyal olan Moskva meri Sergey Sobyanin, Baş nazir Mixail Mişustin və ya Prezident Aparatı rəhbərinin keçmiş müavini Dimitri Kuzak ola bilər.

Putin Vaqner qrupunun həmtəsisçisi Yevgeni Priqojinin getdikcə artan nüfuzundan narahat olmağa başlayıb. Onun son günlərdə atdığı addımlar Priqojinin fəaliyyət dairəsini məhdudlaşdırmağa istiqamətlənib. Amma indiki halda bu da əks effekt verə bilər. Çünki müharibə başlayandan bu vaxta qədər Vaqnerin sahibi cəbhədə ciddi nailiyyətlərə imza atıb. Onun fəaliyyətinin məhdudlaşdırılması öz təsirini çox qısa zamanda Rusiya qoşunlarının geri çəkilməsi formasında göstərəcək ki, bunun da ilk zərbəsi Putinə dəyəcək. Düzdür, Yevgeni Priqojin də Putinə loyal adamlardan sayılır və ona sadiqliyi ilə tanınır. Eyni zamanda Priqojinin Putinin yerinə iddia etməsi barədə xəbər yoxdur. Vaqnerin sahibinin ziddiyyəti Rusiya müdafiə naziri Sergey Şoyqu ilədir. O hələ ki, müdafiə naziri vəzifəsi uğrunda mübarizə aparır. Amma bilmək olmaz. “İştah diş altındadır” deyilir. Müdafiə naziri vəzifəsi Priqojini hakimiyyət olimpinə aparan yolda tramplin də ola bilər. Putini qorxudan da elə budur.
Mənbənin verdiyi məlumatda qeyd olunur ki, Priqojinin hakimiyyətə gələcəyi ehtimalı təkcə Putini deyil, ətrafındakıların hamısını narahat etməyə başlayıb. Onlar da Putini bu təhlükəni ciddi qəbul etməyə çağırırlar.
Putinin 2024-cü ildə baş tutacaq prezident seçkilərində iştirak etməsi də uzaqgörən addım kimi qiymətləndirilmir. Cəbhədə məğlubiyyətlər seriyasının davam etməsi şəraitində onun seçkidən qalib çıxması olduqca şübhəlidir.

Bəs seçkinin saxtalaşdırılması ehtimalı necə?  Bu da Putin üçün  Belarusda Lukaşenkonun seçkini saxtalaşdırılması zamanı ortaya çıxan nəticəni verəcək. Belarus prezidenti Rusiyanın və şəxsən Putinin yardımı nəticəsində Qərbin təzyiqinə davam gətirə bildi. Putinin isə arxasında belə qüvvə yoxdur və seçkinin saxtalaşdırılması ümumxalq ayaqlanmasına gətirib çıxara bilər.
Döyüş əməliyyatlatrının bitmədiyini əsas gətirərək prezident seçkisini təxirə salınması da vəziyyətdən çıxış kimi görünmür. Çünki hazırkı qanunvericiliyə görə yalnız müharibə şəraitində bu addım atıla bilər. Rusiya isə özünün elan etdiyi kimi Ukraynada xüsusi hərbi əməliyyat həyata keçirir, müharibə deyil.
Cəbhədə bir-birini əvəzləyən uğursuzluqlar və canlı qüvvə sarıdan getdikcə çoxalan itkilər əhali arasında narazılığı pik həddinə çatdırıb. Bu gün Rusiyada Ukraynaya qarşı müharibənin Putinin ən böyük səhvi olması barədə daha çox adam ucadan danışmağa başlayıb. Kremldə bu danışıqları və artan narazılığı hələlik hiss etmirlər və ya ciddi reaksiya vermirlər. Amma xalqın narazı danışıqlarından sonra adətən üsyan başlayır…
Əlimusa İbrahimov, politoloq
Xüsusi olaraq Globalinfo.az üçün


23-01-2023, 10:07 100

Digər xəbərlər

“Sumqayıtın inkişafında Qərbi azərbaycanlıların iştirakı” mövzusunda tədbir keçirilib-FOTO

İlham Əliyev Sumqayıtın inkişafında xidmətə görə bir qrup şəxsi təltif etdi

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 17:05
Dünən, 16:33
22-11-2024, 18:05
22-11-2024, 17:37
22-11-2024, 12:39
22-11-2024, 12:32
22-11-2024, 11:50
22-11-2024, 11:41
22-11-2024, 11:34
22-11-2024, 11:31
22-11-2024, 10:24
22-11-2024, 10:10
22-11-2024, 10:00
22-11-2024, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
1 2 3 4 5 6 7 8 9 10 ... 903