Qızını öldürən ata apellyasiya şikayəti verdi


Sumqayıtda qızını qətlə yetirməkdə təqsirləndirilən Salam Cəfərovun barəsindəki hökmdən apellyasiya şikayəti verib. 
Sumqayit.tv xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir. 
Artıq ilkin hazırlıq iclası keçirilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
Növbəti proses yanvarın 31-nə təyin edilib. 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Xatırlatma: Ötən il fevralın 15-də Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub. 
Aparılan araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 
Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib ki, qızını namus üstündə öldürüb. O bildirib ki, Zəminə Mehtiyeva öz həyat yoldaşı ilə birlikdə yaşamasa da, boşanmayıb. Salam Cəfərov söyləyib ki, qızının kirvəsinin oğlu ilə sevgi münasibətləri olub, bir neçə dəfə qadını gecə vaxtı həmin şəxsin avtomobilinə minib-düşdükdə görüb.

25-01-2023, 12:20 322

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101