Vardanyanı “Hard Talk”a çıxaranların verdiyi 3 mesaj


Məlum olduğu kimi, bir neçə gün öncə Qarabağ separatçılarının “dövlət naziri”, milyarder Ruben Vardanyan İngiltərənin BBC kanalında yayınlanan "Hard Talk" proqramına müsahibə verib. Müsahibəni dinləyərkən məlum olur ki, Vardanyanın siyasətin "s" hərfindən belə xəbəri yoxdur. Belə olmasaydı, 25 dəqiqəlik efir vaxtında Vardanyan bir neçə dəfə suallardan yayınmaz,  Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı real konsepsiaya ortaya qoyardı. Lakin o, bunu bacarmadı və peşəkar jurnalist Stiven Sakurun qarşısında aciz duruma düşdü.
Sual yaranır: Siyasi savadının olmadığı halda Vardanyanın belə bir nüfuzlu verilişin qonağı olması hansı qüvvənin maraq dairəsindədir?
İnformasiya hücumu Qərb siyasi sisteminin əsas silahlarından biridir. Xüsusən də xarici siyasətdə Qərb hər zaman medianın təsir imkanlarından istifadə etməklə, qarşı tərəfi təsirləndirə və mesajlarını çatdıra bilir.
BBC kimi nüfuzlu bir media qurumunda Ruben Vardanyanla müsahibənin təşkili də məhz müəyyən dairələrin diqqətini cəlb etmək üçün hesablanan gedişdir. Erməni separatçıların “dövlət naziri”nin “Hard Talk” verilişinə dəvət edilməsi Qərbin idioloji hesablamaları əsasında baş tutub. Qərb ideoloqları gözəl anlayır ki, heç bir siyasi təcrübəsi olmayan naşı R.Vardanyan təcrübəli jurnalist Stiven Sakurun verəcəyi suallar qarşısında ifşa olunacaq. Ki, bu da hazırkı məqamda onların xeyrinə işləyəcək. Yəni, ingilis mediası saxta naziri efirə dəvət edib, ondan gündəm yaradır və bir neçə istiqamətə açıq mesajlarını ötürür:
Birinci mesaj heç şübhəsiz ki, Xankəndidə yaşayan ermənilərədir. Qərb BBC vasitəsi ilə ermənilərə göstərmək istədi ki, bir jurnalist qarşısında miskin duruma düşən birindən sizə xilaskar olmaz; bu adamın nə siyasi manevr etmək imkanları, nə də güclü Azərbaycan dövləti qarşısında xilas yollarını göstərəcək konkret proqramı var; Vardanyanın milyardlarına aldanıb özünüzü təcrid etməyin, yoxsa qarşılaşdığınız böhran daha da dərinləşəcək.
İkincisi, BBC vasitəsilə Ruben Vardanyanın məhz Vladimir Putin tərəfindən Qarabağa göndərildiyi bütün dünyaya bəyan edildi. Əslində R.Vardanyanın Kremldən Qarabağa göndərildiyi heç kimə sirr deyildi. Sadəcə, S.Sakur Rusiya ilə bağlı verdiyi suallarla Vardanyanı dünyanın gözü qarşısında ifşa etdi. Qərb ideoloqları bu taktika ilə bölgə və dünya dövlətlərinə çatdırmaq istəyir ki, Qarabağdakı konfliktin öz həllini tapmamasında ilk növbədə Kreml günahkardır. Moskva istəmir ki, Qarabağ düyünü açılsın və Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın. Bu səbəbdən Vardanyan Qarabağdadır. Rusiya bölgədə münaqişələr ocağı yaratmaqla, hakimiyyəti əlində saxlamaq niyyəti güdür. Bu da istər-istəməz, bölgə xalqlarının qanlarının axıdılmasına və bütövlükdə 3 qitənin təhlükəsizlik rolunu oynayan Qafqazda sabitliyin pozulmasına gətirib çıxara bilər.
Üçüncü ana mesaj isə birbaşa Putinin şəxsinə yönəlmişdi. Belə ki, Vardanyanın ifşası həm də Putinə zərbədir. Qərb açıq-aşkar Kreml rəhbərinə “bütün qurduğun oyunların izindəyik, həmlələrini bir-bir dəf edib, neytrallaşdıracağıq” deyir. Eyni zamanda, Qərb Putinə, “səninlə hərb meydanında savaş içində olmasaq da, siyasi, iqtisadi, ideoloji və psixoloji mübarizədəyik” deyir.
Nəticə etibarı ilə Qərb Putinə qarşı hər regionda, hər yerdə və hər sahədə mübarizə apardığını bir daha nümayiş etdirdi.
Nigar Ögeday /yenipress/

25-01-2023, 14:27 123

Digər xəbərlər

Messidən tarixi rekord: Dünya çempionatının qrup mərhələsini 6 qolla başa vurdu

SEPAH-dan ABŞ-a yeni cavab: Küveyt və Bəhreyndəki bazalar vurulub

DÇ-2026: Pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 189 illiyi tamam olur

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Bu gün, 11:11
Bu gün, 10:14
Bu gün, 09:50
Bu gün, 09:44
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1068