Kasyanov: "Putin hakimiyyətini itirir və o, getməlidir..." - VİDEO


"Mən Ukraynanın qələbəsi və Rusiyada rejimin dəyişilməsindən başqa yol görmürəm..."
"Putin nə Qərbdə, nə də Rusiyanın daxilində simasını saxlaya bilməyəcək..."
 
"İnsanlar Moskvanın mərkəzində hazırlıq görən və aqressivlik nümayiş etdirən Putindən nə gözləməyi anlamır..."
 
"Putinlə görüşdə mən ona məsləhət görərdim ki, qoşunlarını Krım da daxil olmaqla Ukraynanın bütün ərazilərindən çıxarsın. Çox ehtimal ki, o, belə qərarı artıq bu il qəbul etməli olacaq".
 
Sumqayit.tv
xəbər verir ki, bu barəfə "QORDON" internet nəşrinin təsisçisi Dmutri Qordona müsahibəsində Rusiyanın sabiq baş naziri Mixail Kasyanov bəyan edib.
 
"Mənim məsləhətim aydındır. Mən, əlbəttə ki, qoşunlarının çıxarılmasını məsləhət görərdim...Ukrayna ilə danışmaq lazımdır ki, o, geri çəkilən qoşunlarının kürəyindən vurmasın. Bir ay ərzində qoşunların Krım da daxil olmaqla  bütün ərazilərdən çıxarılması barədə saziş imzalasın", - Kasyanov qeyd edib.
 
Qordon soruşub ki, Putin bunu Rusiya xalqına necə izah edə bilər ki?
 
"Elə həmin televiziya vasitəsilə. Başqa təbliğatçıları çıxarmaq və ya indikiləri məcbur etməklə...Nədən çıxırıq? Əlbəttə, demək olar, başına kül tökmək olar, səhv edildiyini etiraf etmək olar...Belə qərarı Putin, çox ehtimal ki, artıq bu il verə bilər" , - Kasyanov cavab verib.
 
"Əlbəttə, "simanı saxlamaq" çox mürəkkəb məsələdir...insanlar hər şeyi dərk edir. Mən istənilən halda deyirəm ki, Putin hakimiyyətini itirir. Və hətta "simasını saxlamaq" barədə düşünsə belə, onu itirəcək. Artıq simanı saxlamaq mümkün deyil".
 
Onun sözlərinə görə, Qərbdə Putin simasını "ümumiyyətlə, heç cür saxlaya bilməz", Rusiyanın daxilində isə "nə qədər çalışsan da, saxlaya bilməzsən".
 
"Heç şübhəsiz, o, əlbəttə, getməlidir. Bu, faktdır. O, bu hakimiyyəti saxlaya bilməyəcək. Amma o, sadəcə, "yumşaq" gedə bilər, qarışıqlığa, daxildə qan tökülməsinə, vətəndaş qarşıdurmasına yol vermədən gedə bilər...Mən Ukraynanın qələbəsi və Rusiyada rejimin dəyişilməsindən başqa yol görmürəm. O, ya dağılır, ya da üç-dörd ay ərzində yumşaq dəyişikliyə məruz qalır. Putin gedir və s.", - Kasyanov vurğulayıb.
 
"Moskvada damlarda HHM sistemlərini insanlar əsəbi qarşılayır"
 
Onlar anlayır ki, Ukrayna, yəqin ki, yaşayış rayonlarını bombalamayacaq, amma Putindən nə gözləməyi anlamır.
 
"Əlbəttə, insanlar bunu əsəbi qarşılayır, heç kim bunu gözləməyib. Mən əminəm ki, Putin Ukrayna rəhbərliyinin və hərbi komandanlığının Moskvanı bombalamayacaqları, Rusiya ərazilərinə hücum etməyəcəkləri, yalnız özlərinə məxsus olanları azad edəcəkləri barədə bəyanatlarına inanır, düşünürəm ki, onlar həqiqətən belə bir şey olmayacağına onu əmin edirlər", - o, deyib.
 
Kasyanov qeyd edib ki, hücum edilən obyektlər qanuni hədəflərdir və bunu Qərb də etiraf edir. Ona görə də Rusiya hakimiyyəti paytaxtın mərkəzində, Putinin iqamətgahı yaxınlığında və birbaşa yaşayış rayonlarında HHM sistemlərini yerləşdirir, o, hesab edir.
 
"Mənim tanışlarım zəng edib gecə göz yaşları içində məlumat verir ki, bəs, həyətimizdə hansısa sistem quraşdırırlar. İnsanlar, əlbəttə, bundan qorxur, amma Putindən nə  gözləməyi anlamır. Onlar, yəqin ki, Ukraynanın Moskvanın yaşayış rayonlarını bombalamayacağını anlayır. Lakin bu vəziyyətdə hətta paytaxtın mərkəzində hazırlıq görən, özünün aqressivliyini nümayış etdirən Putindən nə gözləməyi anlamır", - Kasyanov deyib. /Moderator.az/


29-01-2023, 08:59 173

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101