Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi evinə gətirilib.Sumqayıt.tv xəbər verir ki, hazırda şəhidin evində onunla vida mərasimi keçirilir.
Şəhidin evinin qarşısında fəxri qarovul düzülüb.
Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün II Fəxri xiyabana aparılacaq.
Qeyd edək ki, dəfn mərasimi saat 12:00-da baş tutacaq.