Sumqayıt şəhərinin prokuroru işdən çıxarılıb.
Sumqayit.tv Lent.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt şəhər prokuroru üçüncü dərəcəli ədliyyə müşaviri (general-mayor) Müqəddəs Sultanov tutduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, Sumqayıt şəhər prokuroru vəzifəsinin icrası müavin İsmayıl Abiyevə həvalə olunub.