Şəhid bacısını işdən çıxaran məmur kimdir?


Sumqayıt İstilik Təsərüfat İdarəsi”ndə 22 il çalışan şəhid bacısını işdən azad ediblər. 
Bu barədə Sumqayit.tv-in elektron poçtuna şəhidin bacısı Bəşirova Məhbubə Knyaz qızı şikayət məktub ünvanlayıb.
Məktubu olduğu kimi dərc edirik:
Mən, Bəşirova Məhbubə Knyaz qızı 1988-ci ildə ailəmizlə birlikdə indiki Ermənistan deyilən respublikasının Cermuk şəhərindən qaçqın düşərək, Sumqayıt şəhərinə pənah gətirmişəm.
2001-ci il dekabr ayının 5-dən “Sumqayıt İstilik Təsərüfatı  İdarəsi”də işə qəbul  olmuşam.  Sonradan 2015-ci ildə bu idarənin adı dəyişərək,  “Azəristiliktəchizat” ASC  oldu.   2023-cü il dekabr ayının 1-ə qədər sözügedən idarədə, kadrlar üzrə müfəttiş  və kargüzar vəzifəsində çalışmışam.    2023-cü il sentyabr ayının 1-dən Ceyhun Qəniyev adlı  şəxs bizə rəis əvəzi  təyin olundu. Həmin ərəfədə mən məzuniyyətdə idim. Məzuniyyətdən qayıtdıqdan sonra  Ceyhun müəllim  bildirdi ki, bizim idarəyə kargüzarlıq ştatı lazım deyil.  Sonra iş yoldaşlarım mənə dedi ki, rəis deyir,  Məhbubə işdən çıxarılıb. Halbuki, mən işimin başındayam, azad olunmağımla da bağlı nə özüm ərizə yazmışam, nə də özümü məlumatlandırmayıblar. Əmək qanunvericiliyinə  məlumatlandırılmalı idim. 
Deyilənlərə əhəmiyyət verməyərək  öz işimi görürdüm.  Nəhayət, noyabrın  13-də idarənin sənədlərini ,  Baş İdarəyə təhvil  vermək üçün Bakıya apardım. Bütün sənədlər öz qaydasında idi.  Sənədlər təhvil alındıqdan sonra Baş İdarənin kadrlar şöbəsinin rəisi  Rauf Nəsirov  mənə bildirdi ki,  " Məhbubə xanım  sədrimiz İlham Mirzəliyev göstəriş verib, sizin  1 dekabr tarixindən  işdən azad olunmağınızla bağlı ərizənizi almalıyam."  Səbəbini soruşduqda Rauf müəllim bilmədiyin, lakin, dedi və əlavə etdi ki, sədrin göstərişidir könüllü ərizənizi  yazmalısınız.  Bu təklifə etiraz etdim  və ərizə yazmayacağamı Rauf müəllimə bildirdim.  Eyni zamanda məsələnin aydınlaşdırılması üçün sədrin yanına getməyimizi tələb etdim.  R.Nəsirov mənə bildirdi ki, İlham müəllim siz qəbul etməyəcək. Mən də öz növbəmdə  vurğuladım ki, o zaman İlham müəllimə çatdırın ki,  ərizə yazmayacağam.
Səhərisi günü bizim qurumun həmkarlar təşkilatının sədri  Elnur Rəsulov mənə zəng edərək, dedi ki, “ Məhbubə xanım saat 12-də Baş İdarədə olun. Sizin işdən çıxmağınızla bağlı təqdimat var. Mən edilən zəngin saatını və  dəvət olunduğum məsafəni  nəzərə alaraq, deyilən vaxtda gələ bilməyəcəyimi Elnur müəllimin diqqətinə çatdırdım və əlavə etdim ki, 1-ci gün baş idarədə olacam. Elə də oldu. Həftənin 1-ci günü Rauf müəllimlə birgə, sədr vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin qəbuluna getdik.  İlham Mirzəliyevə bildirdim ki, mənim yoldaşım rəhmətə gedib, iki uşağı yetimçiliklə böyütmüşəm. Yaşlı xəstə anama mən baxıram, eyni zamanda qardaşım Azərbaycan Bayrağı ordenli şəhiddir deyib,  qəhrəman qardaşımın ordenini ona göstərmək istədim.  
O isə çox saymazyana şəkildə  ordenə baxmadan əlinin arxası ilə şəhid qardaşımın sənədlərini  kənara itələyərək "mən belə şeyləri qəbul etmirəm" dedi.  Öz düşdüyüm vəziyyətin çətinliyini, bu üzdən işimdə qalma istədiyimi  İlham Mirzəliyevə  anlatsamda,  yalnız bunu dedi. 
“Yox! Çıxmalısan demişəm, çıxmalısan!”  Bəs  mən xəstə şəhid anasına, uşaqlarıma nə yedizdirim dedikdə. “Onu artıq özün bilərsən”  cavabını aldım. Şikayət edəcəyimi bildirdikdə isə hara və kimə istəyirsən get şikayət et dedi. 
Doğurusu, işdən çıxmağım bir o qədər təsir etməsə də şəhid qardaşıma olan etinasızlıq məni yaraladı. 

Xatırladaq ki,  son zamanlar ən müxtəlif regionlarda, ən müxtəlif sahələrdə tez-tez eşitdiyimiz söz məhz budur: "Kimə istəyirsən, get şikayət et!" 
Bəli, belə bir ifadəni xüsusən də dövlət dotasiyası ilə maliyyələşən bir  qurumunun rəhbəri tərəfindən eşitmək, həqiqətən acınacaqlıdır.
Hansı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  mütəmadi olaraq çıxışlarında hər zaman məmurlara “vətəndaşın ağası deyil, xidmətçisi olmalısınız” tapşırığını verib.  
Buna baxmayaraq "Azəristiliktəchizat" ASC rəhbərliyi tərəfindən xüsusi imtiyazlı insanlara, belə bir söz deyilirsə, bu o deməkdir ki,  İlham Mirzəliyev təkcə   Məhbubə xanımın timsalında  ləkəli tariximizi təmizləyən müqəddəs şəhid və qazi ailələrinə məmnunluq yaşatmaq öhdəliyindən boyun qaçırmır, həm də bütövlükdə hər bir vətəndaşın fundamental konstitusion hüquqlarını pozur və ölkə başçısı İlham Əliyevin tapşırıqlarını qulaqardına vurur. Bu isə o deməkdir ki, hələ də  ölkə başçısının  tapşırıq və tövsiyələrinə əməl etməyən məmurlar var.

12-01-2024, 12:36 1 355

Digər xəbərlər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

Sumqayıtda torpaq hərracları keçiriləcək

Sumqayıtdan digər regionlara sərnişin daşınan avtobusların 45 %-i yenilənib

AFFA Sumqayıtda azyaşlı futbolsevərlərə dəstək oldu

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 10 ildə 15 milyard manatlıq məhsul satıb

Şahmatdan tibbə: Uğurla dolu bir yol-FOTO

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

Sumqayıtda evli kişi sevgilisinin keçmiş ərini döydü – MƏHKƏMƏ

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Bu gün, 15:22
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 15:04
Bu gün, 10:28
Bu gün, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
1 2 3 4 5 6 7 8 9 10 ... 963