ADY Bakı-Sumqayıt qatarında əlavə reyslər artırmağı düşünür?-AÇIQLAMA


Bakı-Sumqayıt qatarından gündəlik 30.000-dən çox insan istifadə edir. İstər səhərlər, istərsə də axşamlar qatarlardakı sıxlıq yoldakı tıxaclardan fərqlənmir. Bəs bunun həll yolu kimi ADY nə etməyi düşünür, hərəkət cədvəlində dəyişiklik ya əlavə reyslərin artırılması?
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" ilə əlaqə saxladıq.

Qurumun sözçüsü Sənubər Nəzərova bildirib ki, ADY-nin sərnişin hərəkət vasitələri parkında 9 ədəd 2 mərtəbəli sürətli sərnişin qatarı istismardadır. Qatarlar Bakı-Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakl-Qəbələ-Bakı istiqamətlərində hərəkət edir.
"Bakı-Abşeron dairəvi üzrə sürətli qatarlarla gündəlik 30 mindən çox sərnişin daşınır. ADY 2023-cü ilin dekabrında ilin rekord həddə 7 milyonuncu sərnişini daşıyıb. Bu o deməkdir ki, sərnişinlər mənzil başına daha rahat və vaxtında, ən əsası təhlükəsiz çatmaq üçün ADY-yə məxsus qatarlara getdikcə daha çox üstünlük verirlər.
ADY və ‘’Stadler Rail Group’’ arasında imzalanmış müqaviləyə əsasən sifariş edilmiş 10 yeni sərnişin qatarından 4-ü Bakıya çatdırılıb. Bu qatarlardan ikisi 2024-cü ilin yazında istismara veriləcək. Yeni qatarlarla Bakı-Abşeron Dairəvidə daha çox sərnişin daşımaq və ictimai nəqliyyatın üzərinə düşən yükün əhəmiyyətli dərəcəsinin qarşılamaq mümkün olacaq".
AYSEL ƏKBƏR

23-01-2024, 09:00 169

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101