Haqqımızda
Əlaqə
Ana səhifə
Gündəm
Siyasət
Cəmiyyət
Dünya
İqtisadiyyat
İdman
Mədəniyyət-Şou
Multimedia
Fəxrimiz
Müsahibə
Reportaj
Hadisə
Eko-turizm
Yaddaş
Sağlamlıq
Təhsil
Hərbi
Yazarlar
Qərbi Azərbaycan
Ağ Evin qorxduğu adam – o, Kennedini də “susdurmağı” bacarıb...
O, ABŞ tarixində yeganə məmurlardan biri olub ki, 48 il eyni vəzifəni daşıyıb. Con Edqar Huver 1924-cü ildən 1972-ci ilə qədər Amerikanın ən ciddi qurumlarından biri sayılan Federal Təhqiqat Bürosuna (FTB) rəhbərlik edib və ona ABŞ-ın 7 prezidenti ilə işləmək müyəssər olub.
Əslində, prezidentlər bəzi məqamlarda Huverin fəaliyyətindən çox da razı qalmayıblar. Amma buna baxmayaraq birincilər FTB şefi ilə işləmək məcburiyyətində olublar.
Maraqlıdır, Huverin gücü nədən ibarət olub?
1895-ci ildə Vaşinqtonda anadan olan Huver ilk əmək fəaliyyətinə ABŞ Konqresinin kitabxanasında başlayıb. Sonra o, Corc Vaşinqton adına Universitetin hüquq fakültəsində ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra Huver vəzifə karyerasında yüksək templə irəliləyib. O, əvvəlcə ABŞ-ın Ədliyyə Nazirliyində hərbi xidmətdən yayınanların aşkar edilməsi və qeydiyyata salınması şöbəsində inspektor, sonra həmin nazirlikdə dövlət əleyhinə çıxanların qeydiyyat şöbəsində rəis vəzifələrində xidmət edib.
1919-cu ildə isə 24 yaşlı Huverə daha məsul vəzifə həvalə edilib. O, Ədliyyə Nazirliyinin ümumi kəşfiyyat şöbəsinə rəis vəzifəsinə təyinat alıb. Bu vəzifədə olarkən Huver hüquq və ədliyyə sistemində tanınmış simalardan birinə çevrilib. Artıq 1921-ci ildə onun yaratdığı kartotekada 153 min şübhəli şəxs qeydiyyata alınıb. Bu ərəfə həm də onun başçılığı ilə aparılan kütləvi səsli-küylü həbslərlə yadda qalıb.
Kifayət qədər çevik, işgüzar, bacarıqlı və həm də eyni zamanda müəmmalı olan Huver 1921-ci ilin sonunda ABŞ Federal İstintaq Bürosunun direktor müavini vəzifəsini tutub. 1924 -cü ildə isə prezident Kalvin Kulidc onu büroya direktor vəzifəsinə təyin edib.
Huver direktor vəzifəsinə təyin olunan gündən qurumda islahatlara başlayıb. 650 əməkdaşın, 440 agentin çalışdığı İstintaq Bürosunda ixtisarlar aparılıb, büroya işə qəbul sərt şərtlər altında keçirilib. Huver xidmətin təkmilləşməsi üçün xüsusi laboratoriyalara, texniki avadanlıqlara daha çox üstünlük verib və bu sahədə büroda nəzərəçarpacaq dərəcədə yeniliklər aparılıb. Məhz Huverin direktor təyinatından sonra ilk dəfə olaraq büroda “barmaq izləri” arxivi yaradılıb. Çox qısa müddətdə Huverin gərgin əməyi sayəsində büro Amerikada ən nüfuzlu qurumlardan birinə çevrilib.
1935-ci ildə İstintaq Bürosunun Təhqiqat Bürosuna çevrilməsi ilə bağlı Huver geniş təkliflər paketi hazırlayıb və Konqres onun yeni təklifini dəstəkləyib. Beləliklə, 1935-ci ildə İstintaq Bürosunun bazasında Federal Təhqiqat Bürosu yaradılıb. Bu qurumun səlahiyyətləri əvvəlkindən qat-qat çox olub.
Huverin izi Amerikanın bütün sahələrində görünüb, Ağ Evdən tutmuş Amerikanın ən ucuz fahişəxanalarına qədər, harada nəyin baş verdiyini hamıdan əvvəl Huver bilib. Dövrün ən müasir texnologiyaları Huveri basılmaz edib. Onun haqqında tez-tez belə bir ifadə də işlədilib: “Hətta Ağ Ev də Huverdən qorxur”. Amerikalılar Huveri “şantaj kralı” da adlandırıblar.
Direktorun arxivində minlərlə seks dosyesi saxlanılıb. Amerikanın ən yüksək ranqlı məmurları, hətta prezidentlər belə Huverlə baş-başa gəlməkdən çəkiniblər. Onlar yaxşı anlayıblar ki, Hüverlə konfliktə girməyin sonu, özlərinin, yaxud da yaxın adamlarının “qaranlıq” işləri ilə bağlı informasiyalarının dövriyyəyə buraxılması ilə nəticələnəcək. Düzdür, zaman-zaman prezidentlər tərəfindən Huverin bu fəaliyyəti tənqid olunub. Amma bu tənqidlərə baxmayaraq onu vəzifəsindən azad etmək mümkün olmayıb.
ABŞ-ın 33-cü prezidenti Harri Trumen Huverin fəaliyyətini hələ prezident olduğu dövrdə aşağıdakı kimi xarakterizə edib:
“Con Edqar Huver FTB-ni şəxsi polis idarəsi kimi işlədir. Bu, daha çox gestapo və gizli polis fəaliyyətini xatırladır. Amerika üçün bu cür fəaliyyət lazım deyil. Təəssüf edirəm ki, Huverdə gestapo meylliliyi günü-gündən artır. Hətta FTB insanların intim həyatına da qarışır, lazım gələndə bundan şantaj kimi istifadə edir...”
Digər prezidentlər də Huver haqqında buna bənzər fikirlər bildiriblər. Amma onlar Huveri vəzifəsindən uzaqlaşdıra bilməyiblər. Huver məxfi arxivində saxladığı dosyelərlə 48 il öz vəzifəsini qoruya bilib. O, özünü sığortalamaq, vəzifəsini qorumaq üçün hətta Kennedi kimi prezidenti də seks dosyeləri ilə “susdurmağı” bacarıb.
48 il ərzində Huver FTB-ni öz istədiyi kimi idarə edib. Amma bu da danılmaz faktdır ki, Huverin rəhbərliyi ilə ABŞ-da bir çox böyük cinayətlərin üstü açılıb. Xüsusilə, İkinci Dünya müharibəsi ərəfəsində Huverin ayıqlığı və çevikliyi sayəsində ABŞ-da bir neçə alman diversiya qrupları ifşa edilib.
Huver ömrünün sonuna, 1972-ci ilə qədər öz vəzifəsini heç kimə təhvil verməyib. O, 77 yaşında ürək çatışmazlığından vəfat edib. FTB tarixinə onun rəhbərlik etdiyi illər “Huver dövrü” kimi düşüb.
Musavat.com
23-01-2024, 11:16
207
Digər xəbərlər
Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama
YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi
Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək
YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO
Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi
Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb
Bakı-Sumqayıt yolunda tıxac bitmir
Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb
Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək
Sumqayıtın tarixini əks etdirən video hazırlanıb
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir
Azərbaycanda süd, yumurta və ət bahalaşıb
SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib
Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol
Sumqayıtda iş axtaranlara şad xəbər
Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO
1
2
3
4
5
6
7
8
9
10
...
1101
Bu gün, 17:32
Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama
Bu gün, 16:11
YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi
Bu gün, 16:10
Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək
Bu gün, 16:05
YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO
Bu gün, 15:20
Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi
Bu gün, 14:57
Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb
Bu gün, 13:15
Bakı-Sumqayıt yolunda tıxac bitmir
Bu gün, 11:46
Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb
Bu gün, 11:40
İlham Əliyev Volodimir Zelenskini təbrik edib
Bu gün, 11:27
Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb
Bu gün, 11:19
Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək
Bu gün, 09:24
Sumqayıtın tarixini əks etdirən video hazırlanıb
Dünən, 20:32
Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI
Dünən, 11:47
Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
22-08-2026, 20:55
Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir
22-08-2026, 16:27
Azərbaycanda süd, yumurta və ət bahalaşıb
22-08-2026, 12:50
SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib
22-08-2026, 12:17
Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol
22-08-2026, 11:28
Sumqayıtda iş axtaranlara şad xəbər
22-08-2026, 01:10
Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO
21-08-2026, 19:05
Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü
21-08-2026, 15:19
Sumqayıt şəhər rəhbəri sakinlərlə səyyar görüş keçirib-FOTO/VİDEO
21-08-2026, 14:03
Sumqayıtda avtobus dayanacağında marşrut lövhəsi aşıb-FOTO\VİDEO
21-08-2026, 13:36
Polisdə işləmək istəyənlər üçün yeni vakansiya – ŞƏRTLƏR AÇIQLANDI
21-08-2026, 11:24
Sumqayıt məhkəməsindən bıçaqlama işi ilə bağlı QƏRAR
21-08-2026, 11:19
Sumqayıtda məşhur istirahət mərkəzində ölüm
21-08-2026, 11:10
Yaxın 10-20 ildə Xəzərlə bağlı real addımlar atılmasa, region ekoloji böhranla üzləşə bilər - MÜSAHİBƏ
21-08-2026, 07:08
Sumqayıtın bəzi ərazilərində işıq olmayacaq
20-08-2026, 23:45
Sumqayıtda qamışlıq ərazidə yanğın baş verib
20-08-2026, 21:41
“Sumqayıt” – “Neftçi” oyunundakı qalmaqalla bağlı QƏRAR
20-08-2026, 18:29
Sakinlər 12A nömrəli marşrutdan narazıdır: “Avtobusu dayanacaqlarda uzun müddət gözləyirik”
20-08-2026, 17:35
Prezident turizmin inkişafı ilə bağlı yeni dövlət proqramını təsdiqlədi
20-08-2026, 17:17
Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
20-08-2026, 16:07
Sumqayıt Dövlət Universiteti 400 min manat xərcləyəcək
20-08-2026, 16:03
Corat çimərliyində qadın dünyasını dəyişib
20-08-2026, 14:12
Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: seçim prosesində yeniliklər edildi
20-08-2026, 10:12
Sumqayıt bulvarında 329 min manatlıq abadlıq işləri aparılacaq
20-08-2026, 09:31
Coratda su kəsilib: Sakinlər məlumat verilməməsindən narazıdır
19-08-2026, 16:12
Xırdalan və Sumqayıtda yeni mənzillərin satışı başladı
19-08-2026, 14:31
Sumqayıtın 234 məzunu universitet yolunda 600+ nəticə göstərdi
1
2
3
4
5
6
7
8
9
10
...
1101