Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz... - FOTO


Sumqayıt şəhərinin Corat qəsəbəsindəki tarixi Hacı Məcid hamamı uzun illərdir ki, baxımsız vəziyyətdədir.
Sumqayit.tv bu barədə Oxu.Az-a sakinlər məlumat veriblər.
Qeyd olunub ki, Corat sakinləri arasında “köhnə hamam” kimi də tanınan və tarixi XV-XVI əsrlərə aid edilən bu tarixi abidə artıq neçə ildir ki, baxımsızlıq səbəbindən zibilliyə çevrilib. Belə bir tarixi sərvətin zibilliyə çevrilməsinə isə aidiyyəti qurumlar sadəcə göz yumurlar.
 
Sakinlər onu da bildiriblər ki, tarixi abidələr siyahısında yer alan köhnə hamam ərazisinin zibilliyə çevrilməsinin əsas səbəblərindən biri də orada heç bir təmir-bərpa işləri aparılmamasından və cavabdeh qurumların tarixi tikiliyə laqeyd münasibətindən yaranıb. Beş əsrlik yol gələn Hacı Məcid hamamı sonuncu dəfə 1985-ci ildə təmir edilib və1988-ci ilə qədər istifadə olunub. Ondan sonra isə baxımsızlıqdan yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.
 

 
Hamamın unikallığı ondan ibarət olub ki, əvvəllər bura gələn kükürdlü suyun isinməsi üçün tək bir şamın olması kifayət edirmiş. Bu səbəbdən ona yerli sakinlər həm də “bir şam ilə qızan” hamam deyiblər.
 
Hacı Məcid hamamında kanalizasiya borularının saxsıdan olması da maraqlı faktlardan biridir. Məhz həmin borular vasitəsilə əvvəllər hamamın həyətindəki quyuya yaxınlıqda yerləşən Nəbi bulağından kükürdlü su gəlib. Təəssüf ki, bu gün həmin quyu da quruyub.
 
Xatırladaq ki, Corat qəsəbəsində mövcud olmuş iki tarixi hamamdan biri hesab olunan Hacı Məcid hamamı Sumqayıt şəhərinin Corat qəsəbəsində, Səməd Vurğun küçəsindən 60-70 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. 

12-04-2024, 16:29 626

Digər xəbərlər

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

Məktəbli formalarının qiymətləri açıqlanıb

Sumqayıtda ötən il 1 500-dən çox cinayət hadisəsi qeydə alınıb

Pensiya alanlara ŞAD XƏBƏR

Sumqayıt polisi oğurluq edən şəxsi saxladı

Sumqayıt sakinləri susuzluqdan gileylənir: “Qonşulardan su almağa məcbur qalırıq” – VİDEO

Sumqayıtda elektrik kəsintiləri niyə artır? Sakinlərin 9-cu mikrorayondan növbəti ŞİKAYƏTİ

Ronaldo Messiyə atasının vəfatından sonra dəstək oldu-FOTO

Sarayda qohumunu öldürən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

Sumqayıt Musiqi Kollecinin sabiq direktoru VƏFAT EDİB

Naxçıvanın yeni əsri: Zəfərin yaratdığı imkanlar

Sumqayıt Ağsaqqallar Şurası məhəllə ağsaqqalları ilə görüş keçirib-FOTO

Sarayda 204 mənzil üçün seçim BAŞLAYIR

II qrupda təhsil haqları artdı – SDU-da da qiymətlər yüksəldi

Sumqayıtlı abituriyentlərin nəzərinə: İxtisas seçimi BAŞLADI

298 nəfərin adına saxta əmək müqaviləsi rəsmiləşdirilib – Sumqayıt Apellyasiya Məhkəməsi qərar verdi

Lənkəranda meşəlik ərazidə ölüləri tapılan şəxslərlə bağlı Sumqayıt DETALI

Kəramət Böyükçöl Sumqayıtdakı obyektləri ilə bağlı AÇIQLAMA VERDİ

Ölkə başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1097
Bu gün, 16:00
Bu gün, 13:43
Bu gün, 12:39
Bu gün, 12:07
Bu gün, 11:04
Bu gün, 10:45
Bu gün, 10:23
Dünən, 20:02
Dünən, 17:45
Dünən, 16:16
Dünən, 15:25
Dünən, 15:23
Dünən, 14:05
Dünən, 13:12
Dünən, 12:34
Dünən, 12:19
Dünən, 12:16
Dünən, 12:11
Dünən, 10:00
Dünən, 01:54
11-08-2026, 20:26
11-08-2026, 17:46
11-08-2026, 16:53
11-08-2026, 16:38
11-08-2026, 15:28
11-08-2026, 14:59
11-08-2026, 13:14
11-08-2026, 11:26
11-08-2026, 11:19
11-08-2026, 11:09
11-08-2026, 10:55
10-08-2026, 21:56
10-08-2026, 18:13
10-08-2026, 17:13
10-08-2026, 16:01
10-08-2026, 15:45
10-08-2026, 14:29
10-08-2026, 14:25
10-08-2026, 13:12
10-08-2026, 12:49
1 2 3 4 5 6 7 8 9 10 ... 1097