Təhlükəsiz tullantılarla bağlı 100 milyon manat reallaşdırılmamış gəlir aşkarlanıb; Siyahıda Sumqayıt da var


2021-2023-cü illərdən Azərbaycanda təhlükəsiz tullantıların idarə olunması hesabına 100 milyon manatdan çox potensial gəlir reallaşdırılmayıb.
Sumqayit.tv
xəbər verir ki, bunu Hesablama Palatası apardığı audit nəticəsində müəyyən edib.
Məlumata görə, həmin reallaşdırılmamış potensial auditlə əhatə edilmiş respublikanın 10 şəhər və rayonu üzrə aşkarlanıb. Bakı şəhəri üzrə müvafiq qurumların zərərsizləşdirilmə xidmətlərinin göstərilməsi üçün təhvil verilmiş müvafiq tullantı həcmlərinə görə “Təmiz Şəhər” ASC-yə auditlə əhatə olunan dövrün sonuna 21,3 milyon manat kreditor borcları yaranıb, maliyyə itkiləri əlavə yük yaratmaqla dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilib.
Palatanın hesabatında deyilir ki, tullantıların idarə olunması sisteminin qeyri-effektiv olması dövlət büdcəsinə əlavə maliyyə yükü yaradır və mövcud boşluqların aradan qaldırılması üçün təcili islahatlara ehtiyac var. Palata aidiyyəti qurumlara tullantıların toplanması və daşınması sisteminin təkmilləşdirilməsi, şəffaflığın artırılması və maliyyə itkilərinin qarşısının alınması ilə bağlı tövsiyələr verib.
Auditin nəticələrinə əsasən, Bakıda məişət tullantılarının yalnız 1,9 %-i ilkin çeşidlənməyə təqdim olunur, qalan hissə isə birbaşa basdırılma və ya yandırılmaya yönəldilir. Sumqayıt, Gəncə, Yevlax və digər regionlarda tullantıların kustar üsulla çeşidləndiyi müəyyən edilib.
Bundan başqa, tullantıların çeşidlənmə prosesinin zəif olması nəticəsində ümumilikdə 43 milyon manata yaxın potensial gəlir itirilib. Bu isə tullantıların təkrar emalı və iqtisadi dəyərə çevrilməsi potensialının tam istifadə olunmadığını göstərir.
Hesablama Palatası aidiyyəti qurumlara tullantıların çeşidlənməsi sisteminin genişləndirilməsi, təkrar emal potensialının artırılması və ekoloji dayanıqlılığın təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verib.

19-02-2025, 21:12 172

Digər xəbərlər

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

Sumqayıt sakini Xocavənddə traktor idarə edərkən minaya düşdü

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
19-08-2026, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1101