Narkotik maddələrin satışı və məktəbliyə qarşı quldurluq edən iki nəfər saxlanılıb





Yasamal rayonunda sosial şəbəkələr vasitəsilə narkotik maddələrin satışını həyata keçirən və məktəbliyə qarşı quldurluq edən iki nəfər saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Vüsal Yaqubov saxlanılıb. Onun üzərinə baxış zamanı 170 qram heroin və 50 qram metamfetamin aşkar edilərək götürülüb. Bu şəxs izahatında onlayn yolla narkotiklərin sosial şəbəkələrdə satışını həyata keçirdiyini bildirib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Vüsal Yaqubovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilmədi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə yetkinlik yaşına çatmayan məktəblini bıçaqla hədələyərək onun mobil telefonunu quldurluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Gəncə şəhər sakini İlkin Məmmədov tutulub və  o, ifadəsində etdiyi hadisəni etiraf edib.
Qeyd edilən hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

24-11-2021, 16:16 192

Digər xəbərlər

Sumqayıt deputatı seçicilərlə daha səmimi ünsiyyəti ilə diqqət çəkir

“Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar-FOTO

Sumqayıtda sakin gecə saatlarında restoranların qarşısındakı səs-küydən şikayətlənir

Bəzi məhsullar bahalaşa bilər

Azərbaycan və Ukrayna bu sahədə əməkdaşlıq edəcək

Vətəndaşlara 122 milyondan çox ƏDV geri qaytarılıb

Sumqayıt” – “Neftçi” matçının stadionu DƏYİŞDİRİLDİ

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt sakini dənizdə boğularaq öldü

Sumqayıtda 61 yaşlı kişi sükan arxasında vəfat etdi

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı – ailə mübahisəsi MƏHKƏMƏYƏ GEDİB

Əlil arabasında həyatını kitaba çevirdi – Yusif Əlilinin “Sərhədsiz Həyat” kitabı təqdim edildi

Sumqayıtda 10 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı-SAĞ QALDI

Sumqayıtda 19 yaşlı gənc bədbəxt hadisə nəticəsində öldü

Lionel Messi atasına son vidanı etdi-FOTO

Sumqayıtda gecə saatlarında motosikletlərə qarşı NƏZARƏT GÜCLƏNDİRİLDİ – 30-a yaxın sürücü cəzalandırıldı-VİDEO

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Dünən, 21:56
Dünən, 18:13
Dünən, 17:13
Dünən, 16:01
Dünən, 15:45
Dünən, 14:29
Dünən, 14:25
Dünən, 13:12
Dünən, 12:49
Dünən, 12:35
Dünən, 12:31
Dünən, 12:22
Dünən, 12:00
Dünən, 10:25
Dünən, 02:13
Dünən, 01:49
9-08-2026, 18:48
9-08-2026, 13:39
8-08-2026, 18:23
8-08-2026, 16:12
8-08-2026, 15:43
8-08-2026, 12:55
8-08-2026, 11:06
8-08-2026, 11:04
8-08-2026, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 1095