"AFFA-nı məhkəməyə verib sübut edə bilərəm ki, oyunu pulla almışdılar"


Azərbaycan futbolunun biabırçı durumu demək olar ki, bütün ölkə ictimaiyyətini zara gətirib. Tək futboL ictimaiyyəti, azarkeşlər yox, hər sahədən olan insanlar narazılıqlarını aşkar şəkildə dilə gətirməyə başlayıb. Belə şəxslərdən biri də Zahir Həsənovdu. “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Zahir bəy istefada olan hərbçidir. I Qarabağ savaşının aktiv iştirakçısı, 1992-ci ilin fevral ayında yaradılan 848 saylı Füzuli özünümüdafiə hərbi hissənin yaradıcısı və komandiri olub. 1993-cü ilin dekabr ayında 848 saylı tabor ləğv edilərək, əsasında 702 saylı hərbi hissənin 2-ci motoatıcı taboru yaradılıb və Z. Həsənov tabor komandiri təyin olunub.  İkinci tabor Horadiz əməliyyatında zərbə qüvvəsi kimi iştirak edərək, hərbi hissənin digər bölmələri ilə əlaqəli şəkildə düşmənin müdafiəsini yarıb, qısa müddətdə 22 yaşayış məntəqəsini işğaldan azad edib. Həsənov II Qarabağ savaşında da ilk gündən son günə qədər cəbhənin qaynar nöqtələrində olub, 63 yaşı olmasına baxmayaraq, hərbi bilik və təcrübəsini Azərbaycan ordusunun zəfəri üçün sərf edib. Zahir bəy eyni zamanda peşəkar futbol hakimi olub. Hələ SSRİ dönəmində daxili və ittifaq səviyyəli oyunları idarə edib. 
 Sumqayit.tv xəbər verir ki. Həsənov bu yaxınlarda Laf TV-nin efirində qonaq olub  və Azərbaycan futbolunun hazırkı durumu, AFFA rəhbərliyinin yarıtmaz siyastini sərt şəkildə tənqid edib.
 
Qəhrəman qazimizin fikirlərini sizə də təqdim edirik: "Azərbaycan üçün iki xəcalət var idi. Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi, xəcalətdən qurtulduq. Cənab prezidentdən xahis edərdik Azərbaycan futboluna da çönüb baxsın. Lazım olanda özü çıxıb oynasın futbolu. Çünki mən Şamaxıda stadionun açılışında fikir verdim o yaşlı vaxtında bizim futbolçulardan yaxşı futbol oynayır. Bəlkə prezident Elxan Məmmədova özü nümunə göstərsin. Elxanın komandası ilə bacarmaq mümkün deyil. Mən pandemiyadan qabaq getdim AFFA-ya. Məni Elxan Məmmədov qəbul etmədi. Azərbaycan prezidentinin, Müdafiə nazirinin qəbuluna düşmək asandı. Amma Elxan Məmmədov məni qəbul etmədi. Bu yaxınlarda güləş yığmamız Çindən uğursuz nəticəylə qayıtdı. Yarışdan qayıdan kimi məşqçilər heyəti istefaya göndərildi. Həmişə Ermənistanla özümüzü müqayisə edirik. Ermənistan güclü qrupda 12 xal topladı. Biz isə zəif qrupda 1 xal topladıq. Belarusiyaya qalib gəldik. Lap AFFA-nı məhkəməyə verib sübut edə bilərəm ki, orda da oyunu pulla almışdılar. Belarusiya iqtisadi cəhtədən zəifdi, danışıb oyunu "alıblar". Amma Latviya və bu kimi ölkələrlə oyun alğı-satqısına getmək mümkün deyil. Mən bunu tam əminliklə deyirəm. Bir dəfə Sankt-Peterburq şəhərində oturmuşam. "Birlik kuboku"na baxıram. Yarımsaatdan sonra komandanın heyətində Arif Daşdəmirov adı çəkiləndən sonra bilmişəm ki, bu Bakının "İnter" komandasıdı. Külli miqdarda futbola pul gedir. Almaniyadan, İtaliyadan məşqçi gətirirlər. O pulu yerli məşqçilərə verib yaxşı futbolçu yetişdirsinlər. Belə deyim də mən gəlmişəm AFFA-ya. Elxan sən mənimlə niyə görüşmürsən ? Mən hərbi hissə komandiri olmuşam, 62 yaşında müharibəyə qatılmışam. Azərbaycan Bayrağı ordeninə layiq görülmüşəm. Füzulinin, Xocavəndin azad olunması medalı və Vətən Müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşam. Hərbi əməliyyatlarda iştirak etmişəm. Sən də gəlib mənimlə çiyin-çiyinə döyüşərdin. Elxan səndə və sənin ətrafında olan adamlar vətənpərvər ola bilməz. Elxan Məmmədovun futbol aləmindən xəbəri yoxdu. Mən onun yerində olsaydım, çıxardım və elan edərdim ki istefa verirəm. Veteranları da dəvət edərdim, onlara deyərdim ki, gəlin futbolu idarə edək, futbolumuzu qaldıraq".

 



 

 


 
 

4-04-2022, 14:57 549

Digər xəbərlər

Sumqayıtda avtobus sürücüsü ilə taksi sürücüsü arasında gərginlik yaşanıb

SDU-da vətəndaş qəbulu keçirilib

Hər bir sakin xidmətlərə orta hesabla 500 manatdan çox xərcləyib

“Sumqayıt”ın futbolçuları milliyə çağırılıb

Uqandada yeni Ebola yoluxmaları qeydə alınıb

Sumqayıtda qanunsuz tikili sökülüb

WUF13 ÇƏRÇIVƏSINDƏ “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusu müzakirə olundu

Sumqayıtda ağırtonnajlı maşınların hərəkəti yolda çökmələr yaradır – sakinlər narahatdır - VİDEO

Paşinyan Sumqayıtla bağlı açıqlama verib

Mehdiabad qəsəbəsində qaz təchizatı dayandırılacaq

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin olunacaq

WUF 13: Azərbaycanın Mükəmməllik Modeli və Gələcəyin Şəhər Vizyonu - NƏSİMİ ƏBİLOV

Sumqayıtda ictimai nəqliyyatda nəzarət tədbirləri davam etdirilir

Bilgəh–Novxanı–Pirşağı–Sumqayıt yolu ilə bağlı yeni açıqlama verildi

Azərbaycanda yeni “yaşıl dəhlizlər” yaradılacaq – şəhərlərlə bağlı yeni yanaşma

Sumqayıt Dövlət Universiteti beynəlxalq “Urban Expo” sərgisində təmsil olunur

Sumqayıt məktəbliləri “Zəkaların mübarizəsi II” olimpiadasının finalında iştirak ediblər

Sumqayıt istiqamətində yeni yol layihəsi: Bakıdakı tıxacların azalmasına təsir edəcək

Sumqayıtda sakinlər kanalizasiya problemindən şikayətlənirlər – baxan yoxdur

Sumqayıt İcra Hakimiyyəti 45-ci məhəllədəki bina ilə bağlı açıqlama verib

1 2 3 4 5 6 7 8 9 10 ... 1056
Dünən, 21:22
Dünən, 19:42
Dünən, 17:43
Dünən, 17:36
Dünən, 17:33
Dünən, 13:03
22-05-2026, 20:36
22-05-2026, 19:18
22-05-2026, 17:26
22-05-2026, 17:21
22-05-2026, 14:19
22-05-2026, 11:08
22-05-2026, 11:01
21-05-2026, 19:04
21-05-2026, 18:54
21-05-2026, 16:58
21-05-2026, 16:52
21-05-2026, 14:23
21-05-2026, 13:30
21-05-2026, 12:02
21-05-2026, 11:22
21-05-2026, 11:19
21-05-2026, 10:48
21-05-2026, 10:37
20-05-2026, 21:51
20-05-2026, 21:00
20-05-2026, 20:41
20-05-2026, 20:00
20-05-2026, 16:52
20-05-2026, 16:42
20-05-2026, 16:03
20-05-2026, 15:28
20-05-2026, 15:25
20-05-2026, 14:43
20-05-2026, 11:14
20-05-2026, 10:48
20-05-2026, 10:42
20-05-2026, 10:38
19-05-2026, 21:14
19-05-2026, 21:13
1 2 3 4 5 6 7 8 9 10 ... 1056