Ekspert Fərruxda meyit qalıqlarından danışdı


“Xocalı faciəsi zamanı dəfn edə bildiyimiz vətəndaşlarımızın sayı 613 nəfərdir. Girovların sayı isə 1200-dən çox olub. İndi azad olunan ərazilərdə toplu məzarlıqlar tapılır. Fərrux kəndində tapılan insan meyitlərinin qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri cinayətlərin bariz nümunəsidir”.

Bunu “Report”a açıqlamasında Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova deyib.
O bildirib ki, bu, erməni vandallığının nümunəsidir:
“Faciə ilə bağlı bir görüntüdə ermənilərin şəhidlərimizi topa şəkildə məzarlığa basdırdıqlarını və yanına da it ölüsü atdıqlarını görmüşdüm. Həmin kadrları can yanğısı, ağrı ilə izləmişdim. Ermənilərin yazıq sifətinin arxasında dəhşətlər, vəhşiliklər dayanır.
1992-ci ildə bizim qadınların başına oyunlar gətirdilər. İşğal zamanı 450 qadınımız girov düşüb. Onlardan bu gün də xəbər yoxdur. Bu eyni ssenaridir ki, fərqli yerlərdə ayrı-ayrı vəhşilər təkrarlayırlar. Bizim də taleyimizə erməni kimi vəhşilər düşüb. Torpaqlar azad olunandan bu günə kimi bir neçə məzarlıq aşkarlanıb. Qarabağın hər qarışı erməni vandallığının ucbatından vətəndaşlarımızın qanı ilə suvarılıb. Buna görə o torpaqlar müqəddəsdir”.
Radə Qafarova vurğulayıb ki, Azərbaycan əlindəki faktlarla bütün dünyaya səs salmalıdır:
“Qoy tanınsın kim kimdir. Azərbaycan həmişə haqlı olub. Biz heç kimin torpağına göz dikməmişik. Biz dəfələrlə ermənilərlə birgəyaşayışa razı olmuşuq, amma nəticələri hamı bilir. Nəticə - toplu məzarlardır”.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçiləri Xocalı rayonunun Fərrux kəndi ərazisində mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb. Qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.
Xatırladaq ki, ötən il Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə İlham Əliyev erməni işğalı zamanı əsir və girov götürülənlərdən hələ də xəbər olmadığını xatırlatmışdı.

30-03-2022, 15:24 249

Digər xəbərlər

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

Sumqayıtda iş axtaranlara şad xəbər

Sumqayıtda xəstəxanada vəziyyət: Uzun növbələr yarandı, qəbul dayandırıldı-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
19-08-2026, 16:12
19-08-2026, 14:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101